“Rusiyanın Qarabağda yaratdığı qondarma “rus icması” fəaliyyətini genişləndirir”.
Bu sözləri siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az saytına açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, separtaçıların başçısı A. Aratunyan ötən gün “rus icmasının” üzvülərini qəbul etməsi və Ağdərədə yeni “rus icması” üçün mərkəz yaradılması Kremlin problemi inkişaf etdirmək siyasətinin tərkib hissəsidir:
“Bununla, Kreml Qarabağda həm erməni icması, həm də “rus icması” na nail olmaqla, burada öz hərbi iştirakını uzatmağa çalışacaq.
Potensial olaraq Qarabağda qondarma rus icmasını Moskva dövrüyyəyə buraxmaqla onların “hüquqları” məsələsini də qaldıra bilər. Qeyd edim ki, Qarabağda rus millətindən bir -iki nəfər qadın var və onlarda sovet vaxtı ermənilərlə nigaha girməklə burda qalıb.
Göründüyü kimi Rusiya dövləti rus milləti faktorundan istifadə edərək təhdid, şantaj və hərbi işğalla qonşularına qarşı siyasət həyata keçirir. Məhz Ukraynaya hücumda “rusları qorumaq” adı ilə işağlı başladı. Qazaxısatana, Bribaltika ölkələridə bu konteksdə Rusiyanın təhdid ilə üzləşib. Çünki, bu ölkələrdə rusların sayı əhali sayında müəyyən çəkiyə malikdir. Azərbaycanda da rus icması var və rus dilli məktəblər fəaliyyət göstərir. Porseslər göstərir ki, rusların bu ölkələrdə yaşaması həmin ölkələrin milli təhlükəsilziyini təhdid edə bilər və gələcəkdə müəyyən problemlərə yol aça bilər. Moskvanın apardığı siyasət və qəbul etdiyi qanunlar məhz bunu deməyə əsas verir. Qarabağda da qondarma rus icması kremlin bu avantürasının nəticəsidir”.
Siyasi şərhçinin sözlərinə görə, Rusiya Qarabağda “rus icması” faktorundan Ermənistanla Azərbaycan arasında sülh müqviləsinin bağlanmasına qarşı və burada qalıcılıq üçün istifadə etməsi mümkün deyil:
“Azərbaycan aktiv şəkildə Ermənistanla danışıqları Rusiyanı manipulyasiya etməklə aparır. N. Paşinyanda çalışır ki, Moskva proseslərə zərbə vura bilməsin. Rusiyanın rus kartından istifadə etməsi onu nəinki beyləxlaq müstəvidə fövqəldövlət imicinə zərbə vurur, regional siyasəti fiaskoya uğrayır. Moskvanın bu kartı da artıq onun beynəlxalq izolyasına gətirib çıxarır. Qarabağda bu “rus kartından” istifədə etməsi, Rusiyanın burada sonunu gətirəcək”.
Leyla
Medianews.az