Event Horizon Teleskopu milyardlarla ildir mövcud olduğu təxmin edilən qara dəliyin görüntüsünü çəkməyi bacarıb.
Medianews.az xəbər verir ki, astronomlar bu gün orada yaşayan “zərif nəhəngin” ilk şəklini çəkmək üçün Samanyolunun mərkəzindəki qaranlıq və toz pərdəsini deşdiklərini açıqlayıblar.
Qeyd edək ki, alimlər qara dəliyin təqribən 26.000 işıq ili uzaqda olduğunu, buna görə də Yerin heç bir təhlükə altında olma ehtimalının olmadığını bildirirlər.
Qravitasiya sahəsi heç bir maddi əmələ gəlməyə və radiasiyadan qaçmağa imkan verə bilməyəcək qədər güclü olan qara dəliklərin bəziləri Günəşin kütləsindən milyardlarla dəfə böyükdür. Qalaktika mərkəzlərindəki bu canavarların necə meydana gəldiyi məlum deyil. Lakin bunun qalaktikanın təkamülünə təsir etdiyi güman edilir.
Leyla