Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib.
Bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.
Xəbəri Trend-ə Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva təsdiq edib.
O bildirilib ki, aprel ayının 11-dən Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə Orxan Fikrət oğlu Sadıqov təyin olunub.