2020-ci il yanvarın 1-dən etibarən ölkənin bütün ərazisində mərhələlərlə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Layihə ilə əlaqədar olaraq ölkədəki tibb müəssisələrinin əksəriyyəti İcbari Tibbi Sığorta Agentliyi (İTSA) nəzdində yaradılan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin, yəni TƏBİB-in tabeliyinə verilib və icbari tibbi sığorta xidmətləri də məhz bu tibb müəssisələrində göstərilir.
Xeyli müddətdir ki, ölkəmizdə icbari tibbi sığorta xidmətlərinin tətbiqinə başlanılsa da vətəndaşlar arasında zaman-zaman çaşqınlıqlar yaşanmaqdadır. Belə ki, vətəndaşlar arasında icbari tibbi sığorta xidmətlərinin məhz hansı dövlət tibb müəssisələrində göstərilməsindən məlumatsız olan şəxslər var.
Bu səbəbdən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin siyahısını təqdim edirik.
Linkə (https://its.gov.az/files/9/TEBIB%20SIYAHI.pdf) keçid edərək tanış ola bilərsiniz.
Leyla