Avropa Komissiyası Aİ-nin Rusiya və ya Belarusa qarşı tətbiq etdiyi sanksiyalardan yayınma halları ilə bağlı məlumat vermək istəyən şəxslər üçün anonim onlayn alət hazırlayıb. Aİ-nin sanksiyalarından yayınma halları haqqında məlumatların toplandığı bu alət məlumat verən şəxsin kimliyini qoruyur və Komissiya ilə anonim əlaqə saxlamağa imkan verir.
“Bizə xəbərdar ola biləcəyiniz Aİ sanksiyalarından yayınma halları barədə məlumatları könüllü olaraq təqdim etməklə, bu cür halların araşdırılmasında və Aİ-də sanksiyalara əməl olunmasının təmin edilməsində kömək edə bilərsiniz”- deyə Avropa Komissiyasının Telegram hesabındakı paylaşımında qeyd olunub.
Medianews.az