CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 10-da 108,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,78 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 107,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,78 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,8 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 103,87 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,87 dollar/barel azdır.