Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Report xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Neftçi” yer alıb.
Aktivində 136 xalı olan “köhlən atlar” ötən ayla müqayisədə 7 pillə irəliləyərək 99-cu yerə yüksəlib.
“Ağ-qaralar” isə 87 xalla 237-ci mövqedən 221-ci sırayadək irəliləyib.
İlk “3-lük”də 305 xalla “Çelsi” (İngiltərə), 304 xalla “Atletiko Mineyro” və 296 xalla “Palmeyras” (hər ikisi Braziliya) qərarlaşıb.