Medianews.az xəbər verir ki, aparıcı, media eksperti Turan İbrahimov sosial şəbəkə hesabında televiziyalar arasındakı vəziyyəti müqayisə edib. Bir müddət əvvəl SPACE televiziyasında çalışan Turan İbrahimov hazırda telekanalın durumunun qənaətbəxş olduğunu bildirib:
“Özəl televiziyalar arasında maddi texniki bazası, maliyyə vəziyyəti ən pis, hətta ən bərbad olan SPACE TV-dir. Səbəbini də izah etməyə, məncə ehtiyac yoxdu. Vaxtı ilə kanalı işlətmək əvəzinə istismar ediblər, sıxıb suyunu çıxarıblar.
Hazırda isə SPACE, ARB və ATV telekanalları arasında demək olar heç bir fərq yoxdu. Hətta kanalları dəyişən zaman loqoları görməsən, ayırd etmək olmur ki, bu hansı kanaldır. Vizual keyfiyyət, proqram siyasəti, ümumi tematika və kontentlər fərqlənmir. Bu reallıq SPACE üçün möhtəşəm uğur, ARB və ATV üçün isə faktiki tənəzzüldür”.
Medianews.az