“Komandamı qələbə münasibətilə təbrik edirəm. Axır ki, müsbət nəticə qazandıq. Həqiqətən yaxşı oynadıq. Səylərimizin nəticəsində qalib gələ bildik”.
Bunu “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa evdə “Şamaxı”ya 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVI tur matçından sonra deyib.
Belaruslu mütəxəssis bildirib ki, komandası meydana hər hansı xüsusi planla çıxmamışdı: “İlk 30 dəqiqədə oynamaq çətin idi. Bundan sonra komandanın özünə inamı artdı və 3 xal qazandıq”.