Rusiyanın “Birinci kanal”ının aparıcısı Yekaterina Andreyeva ölkədə instaqramın bloklanmasına qarşı çıxıb.
“Qafqazinfo” “Qovorit Moskva” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə o, Kuban Jurnalistika Forumunda çıxışı zamanı deyib:
“Mən öz instaqram səhifəmi VPN vasitəsilə idarə etməyə davam edirəm. Bu, qadağan olunmayıb və mən ekstremist fəaliyyətlə məşğul olmuram. Bundan əlavə, mən hesab edirəm ki, Rusiya ərazisində ekstremistlik etməyən insanlar üçün instaqramı qadağan etmək doğru deyil”.
Andreyevanın sözlərinə görə, bir tərəfdən platforma bloklanıb, digər tərəfdən isə istənilən şəxs VPN vasitəsilə resursdan istifadəyə davam edə bilər.
Qeyd edək ki, martın 21-də Moskvanın Tver Məhkəməsi feysbuk və instaqramı Rusiya ərazisində qadağan edib.