Ukrayna ilə Rusiya arasında müharibənin 71-ci gününə girdiyimiz bir vaxtda iki tərəf arasında şiddətli qarşıdurmalar baş verirb.
Medianews.az xəbər verir ki, müharibə ölkənin qərbindən şərq rayonlarına doğru gedərkən Ukrayna ordusu və mülki əhalinin müqaviməti davam edir.
Sosial mediada ortaya çıxan görüntülərdə Rusiya ordusunun növbəti dəfə mülki əraziləri hədəf aldığı görülüb. Kameralara əks olunan anlarda uşaq meydançasının bombalandığı əks olunub. Yerli mənbələrin məlumatına görə, bombardman zamanı parkın boş olduğu və itkilərin olmadığı bildirilib.
Məlumat üçün bildirək ki, martın 16-da Rusiya qüvvələri Mariupolda Donetsk Akademik Regional Dram Teatrını da bombalamışdı. Baş verənlər geniş müzakirələrə yol açmışdı və Rusiya bu hücumdan sonra demək olar ki, bütün dövlətlər tərəfindən qınanmışdı. Ukrayna hökuməti hücumdan sonra müharibə cinayətləri ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, hücumdan təxminən bir həftə əvvəl teatrın quruluşçu rəssamı bombardmanların qarşısını almaq üçün binanın hər iki tərəfinə ağ boyadan “KIDS” sözünü kiril hərfləri ilə yazdırıb. Sağ qalanlar bombalar partlayan zaman teatrın içərisində təxminən 1000 adamın olduğunu deyiblər.
Turan Oruc
Medianews.az