Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, qətl İstanbulun mərkəzində törədilib.
19 yaşlı Asiye Atalay küçənin ortasında başından açılan atəşlə öldürülüb. Gənc qadının obsesif şəxs tərəfindən vurulduğu iddia edilərkən, həmin anlar məhəllə sakinləri tərəfindən mobil telefon ilə lentə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, ikili arasında bir müddət mübahisə olub. Silahını çıxaran qatil qaçmağa çalışan Asiye Atalayın başından atəş açıb. 19 yaşlı gənc hadisə yerində dünyasını dəyişib. Asiye Atalayın cəsədi Ədliyyə Tibb Qurumuna aparılıb.
Ölümündən əvvəl Asiye Atalayın sosial şəbəkədə paylaşdığı “Belki Başka Bir Hayat” paylaşımı da diqqət çəkib.
Gənc qızın obsesif sevgilisi olduğu iddia edilən şəxsin silahla gəldiyi anlar, Asiye Atalayın qışqırması, qatilin Atalayın başına nişan alaraq atəş açması həmin ərazidə yaşayan sakinlər tərəfindən lentə alınıb. Asiye Atalayın yerə yıxıldıqdan sonra qatilin qaçdığı anlar da görüntülərdə yer alıb.
Hadisədən sonra araşdırmalar zamanı Asiye Nur Atalayı 25 yaşlı Ümit K.-nin öldürdüyü müəyyən edilib. Saxlanılan şəxsin oğurluq, soyğunçuluq, narkotik alveri və qəsdən adam yaralama ilə bağlı 16 cinayətinin olduğu da öyrənilib.
Turan Oruc
Medianews.az