“Əvvəldən verdiyimiz müdafiə dəstəyi ilə Ukraynanın danışıqlar masasında əlini gücləndiririk”
Medianews.az xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Cen Psaki gündəlik mətbuat konfransında Rusiya-Ukrayna müharibəsindəki son hadisələri dəyərləndirərkən deyib.
Cen Psaki Rusiyanın Ukraynada ilk növbədə qarşıya qoyduğu məqsədlərə çata bilmədiyini və müharibəni artıq öz perspektivindən uduzduğunu bildirib.
Ukrayna üçün “qələbə” tərifinin onların öz seçimindən asılı olduğunu vurğulayan Psaki, “Əvvəldən verdiyimiz müdafiə dəstəyi ilə Ukraynanın danışıqlar masasında əlini gücləndiririk”, – deyə açıqlama verib.
Cen Psaki
Müharibənin əvvəlində Rusiyanın qısa müddətdə Ukraynanı nəzarət altına almağı planlaşdırdığını və bu məqsədinə çata bilmədiyini bildirən Psaki daha sonra bunları deyib: “Ruslar onsuz da öz şərtləri ilə müharibəni uduzdular. Ukraynanı işğal edə bilmədilər. Vladimir Putin Kiyevin küçələrində görünə bilməyəcək, Ukraynanın ərazi bütövlüyü və suverenliyini məhv edə bilməyəcəklər, NATO-nu da parçalaya bilməzlər”.
Turan Oruc
Medianews.az