Rusiya işğalının 71-ci günündə rus qoşunları Ukraynaya hücumların intensivliyini artırmağa başlayıb.
Medianews.az xəbər verir ki, Rusiya hava hücumundan müdafiə vasitələri 3 Ukrayna təyyarəsini, Zmeyniy adası yaxınlığında bir Su-24, Xerson bölgəsində bir Su-27 və Dnepropetrovsk bölgəsi yaxınlığında bir Su-25 təyyarəsini vurrub.
Bir çox yerdə davam edən hücumlarla 14 pilotsuz uçuş aparatı məhv edilib. Digər tərəfdən səhər saatlarında həyata keçirilən raket hücumunda 600 Ukrayna əsgəri həlak olub.
Rusiya Müdafiə Nazirliyinin əməliyyatla bağlı verdiyi açıqlamada aşağıdakı ifadələr yer alıb: “Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynada hərbi əməliyyatı davam edir. Rusiya Aviasiya Qüvvələrinin yüksək dəqiqlikli hava bazalı raketləri Kirovoqrad şəhəri yaxınlığındakı Kanatovo hərbi aviabazasını və Mikolayivdə iri silah-sursat anbarını məhv edib. Rusiya ordusu Ukrayna hərbçiləri üçün vacib olan yanacaq anbarını da məhv edib”.
Daha sonra Rusiya Aviasiya Qüvvələri Ukraynanın 93 canlı qüvvəsi və hərbi texnikasının yerləşdiyi ərazini hədəfə alıb. Artilleriya bölmələri 32 komanda mərkəzinə, 5 silah-sursat anbarına, 403 qərargaha, Ukraynanın 51 artilleriya mövqeyinə, həmçinin çoxlu sayda canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi ərazilərə zərbələr endirib. Hücumlar nəticəsində 600-ə qədər əsgər, o cümlədən 61 silah və hərbi texnika məhv edilib.
Turan Oruc
Medianews.az