Rusiya Ukraynanı işğalının 70-ci gününə girərkən, NATO-ya məxsus “RQ-4 Global Hawk” model pilotsuz uçuş aparatının radarlara düşməsi sosial mediada müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, radarlara düşən görüntülərdə pilotsuz təyyarənin Türkiyənin hava məkanına girməmək üçün marşrutunu genişləndirdiyi və qəribə bir taktiki gediş etməsi maraq doğurub.
Müharibə başlayandan bəri Moskva ilə Kiyev arasında vasitəçilik səylərini davam etdirən və NATO üzvü olmasına baxmayaraq Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda iştirak etməyən Türkiyənin bu mövqeyi beynəlxalq aləmdə tez-tez gündəmə gəlir.
Təyyarələrin marşrutlarını izləyən “FlightRadar24” adlı platformada NATO-nun “RQ-4 Global Hawk” tipli pilotsuz uçuş aparatının Türkiyə hava sahəsinə girməmək üçün marşrutunu uzatdığı görülüB.
“Twitter paylaşımında “NATO RQ-4 Global Hawk model pilotsuz uçan aparatının daha əvvəl 52 min fit yüksəklikdən Qara dənizə irəlilədiyi bildirilib. Türkiyənin hava məkanına daxil olur”.
Dronun Türkiyəni çətin diplomatik vəziyyətdə qoymamaq üçün Türkiyə hava məkanından Qara dənizə getmədiyi bildirilib.
Turan Oruc
Medianews.az