Azərbaycanda ana uşaqlarını sığınacağın qapısına ataraq qaçıb.
Medianews.az xəbər verir ki, bu barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova yayıb. O bildirib ki, ana böyük qızını da evdən qovub:
“Ana 2 azyaşlı körpəsini sığınacağın qapısına qoyaraq qaçıb. Uşaqlar baxımsız və ayaqyalın vəziyyətdədirlər. Hazırda uşaqları yemək və isti yerlə təmin edib cimizdirdik. Onu da qeyd edim ki, ana böyük qızını da evdən qovub və aylardır böyük qızı sığınacağımızda qalır”.