Postsovet məkanı klublarında ən çox çempionluq yaşayan baş məşqçilərin siyahısı açıqlanıb.
Oxu.Az xəbər verir ki, ən azı beş titul sahibi olan məşqçilərin siyahısında “Top-10”da Qurban Qurbanov da yer alıb.
“Qarabağ”la yeddi dəfə çempion olan mütəxəssis keçmiş SSRİ ölkələri arasında 4-cüdür. O, “Qəbələ”nin sabiq ukraynalı baş məşqçisi Roman Qriqorçukla şərikdir. Bu gün “Qarabağ”la səkkizinci çempionluğunu reallaşdırmağa yaxın olan Q. Qurbanov rusiyalı Oleq Romantsevə də çatacaq.
1. Aleksandr Starkov (Latviya) – 12
2. Mirça Luçesku (Rumıniya) – 9
3. Oleq Romantsev (Rusiya) – 8
4. Qurban Qurbanov (Azərbaycan) – 7
4. Roman Qriqorçuk (Ukrayna) – 7
6. Viktor Qonçarenko (Belarus) – 6
7. David Kipiani (Gürcüstan) – 5
7. Yuri Sarkisyan (Ermənistan) – 5
7. Valdas Urbonas (Litva) – 5
7. Vardan Minasyan (Ermənistan) – 5
Qeyd edək ki, Roman Qrirorçuk “Şaxtyor”la (Belarus) bir, “Astana” (Qazaxıstan) ilə iki, “Çernomorets”lə (Ukrayna) bir və “Ventspils”lə (Latviya) üç dəfə çempion olub.