Cümə axşamı, 30 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Şəhriyar Məmmədyarov: “Karlsenin bacısına ad günündə böyük hədiyyə almışdım” – VİDEO

TURAN
30/04/2022 20:41
6
BAXIŞ
FacebookTwitterTelegram

“Əvvəla, Norveçdə olmaqdan şadam. Mənim Osloya ilk səfərimdir. Çalışdım ki, Norveçdə ən yaxşı oyunumu göstərim. Norveçdə olmaqdan həzz aldım”.

Oxu.Az-ın xəbərinə görə, bunu azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov deyib.

“Çempionlar Turu”nun üçüncü mərhələsi sayılan “Oslo Esports Cup”da çıxış edən və son turda təşkilatçı və meydan sahibi Maqnus Karlsenə qalib gələn Şəhriyar maraqlı fikirlər bildirib. O, Karlsenlə ilk görüşündən danışıb:

“Səhv etmirəmsə, ilk dəfə Maqnus Karlsenlə Dubayda qarşılaşmışam. Onda onun 14, mənim 19 yaşım vardı. “Dubay Open” turniri idi. İlk dəfə Maqnusun ailəsini – valideynləri və bacısını orada görmüşdüm. Həmin turnirin qalibi mən oldum. Xatirimdədir ki, turnirin sonuncu günü Maqnusun bacısının 5 yaşı tamam olurdu və ona böyük hədiyyə vermişdim. Bu mənim onun ailəsi ilə ilk görüşüm idi. Daha sonra Veyk aan Zee turnirində – yeniyetmə şahmatçıların yarışdığı B qrupunda bir və ya iki dəfə qarşılaşdıq. Hər il o özünü təkmilləşdirdi və sonda dünya çempionu oldu”.

O, BƏƏ-dəki yarışda başına gələn maraqlı əhvalatı da danışıb:

“Maqnus Dubaydakı yarışdan sonra qrossmeyster adı aldı. Yadımdadır ki, hoteldə gəzərkən otağımı qarışdırdım və Maqnusun otağına girdim. Bu mənim səhvim idi. Az qala onun otağına girəcəkdim. Gördüm ki, o, şahmatı çarpayının üzərinə qoyub yarışa hazırlaşır”.

Şəhriyar şahmata gec başladığını bildirib:

“Mən özüm şahmatla doqquz yaşım olanda məşğul olmuşam. Sizin üçün bir qədər qəribə gələ bilər ki, gec başlamışam. Mənim həmvətənlərim Teymur Rəcəbovla Vüqar Həşimov bu yaşda artıq beynəlxalq usta adı almışdılar. İlk beynəlxalq turnirimi isə 14 yaşım olanda keçirmişəm. Şahmata gec başlasam da, 6-7 il sonra ilk “beşlik”də qərarlaşdım.

Düşünmürəm ki, bu uğurum azərbaycanlıların şahmatla bağlı olan genindən irəli gəlir. Mən bunun üçün çox əziyyət çəkməli oldum”.

Daha sonra Məmmədyarov 10 yaşlı Karlsen şahmat proqramına qarşı oynayıb. Şəhriyar yaxşı mübarizə aparsa da, 31-ci gedişdə vaxta görə uduzub. Qrossmeyster bu barədə bunları deyib:

“İki dəqiqə ərzində oynamaq çox da asan deyil. Əgər normal vaxt olsaydı, qalib gəlmək mümkün idi. Maqnus strateji oynayır, mənim kimi ancaq hücuma oynamır. Burada bir neçə vacib gedişi öncədən hesablamaq lazımdır ki, buna da vaxt gərəkdir. Ancaq bu oyundan həzz aldım, yaxşı oyun oldu”.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov “Oslo Esports Cup”da dünya çempionu Maqnus Karlsenə 2,5:0,5 hesabı ilə qalib gəlib.

DAHA ÇOX OXU

1-MANŞET

Prezident ona yüksək vəzifə verdi

30/03/2023 15:22
export

Azərbaycanda dollar qıtlığı yarana bilərmi? – VİDEO

30/03/2023 15:09
export

Azərbaycanlı müğənninin qayınanası efirə ZƏNG ETDİ: “Ona deməmişəm ki…” – VİDEO

30/03/2023 15:07
1-MANŞET

İcra hakimiyyətləri ləğv olunacaq – Deputat AÇIQLADI

30/03/2023 15:06
export

“Mənim üçün “boşanmaq” çox pis sözdür”

30/03/2023 15:04
export

Rusiyada azərbaycanlılara gəlin satan qadın saxlanıldı

30/03/2023 14:53
SON XƏBƏR

Azərbaycanlı sevgilisini qətlə yetirən amerikalıya 40 il həbs cəzası verildi

İran küçələrində açıq-aşkar narkotik ticarəti - VİDEO

Berlində Leyla Əzimbəyovanın “Fərqli olaraq” adlı fərdi yaradıcılıq sərgisinin açılışı olub - FOTO

Xəbər lenti

Prezident ona yüksək vəzifə verdi

30/03/2023 15:22

Azərbaycanda dollar qıtlığı yarana bilərmi? – VİDEO

30/03/2023 15:09

Azərbaycanlı müğənninin qayınanası efirə ZƏNG ETDİ: “Ona deməmişəm ki…” – VİDEO

30/03/2023 15:07

İcra hakimiyyətləri ləğv olunacaq – Deputat AÇIQLADI

30/03/2023 15:06

“Mənim üçün “boşanmaq” çox pis sözdür”

30/03/2023 15:04

Nicat Kazımovun “Yaşanan yarım əsr” adlı sənədli filmin təqdimatı keçirilib

30/03/2023 14:58

Rusiyada azərbaycanlılara gəlin satan qadın saxlanıldı

30/03/2023 14:53

Bakıda fəaliyyət göstərən Gürcüstan nömrəli avtobuslar kimindir? – Hər gün bu saatlarda … (VİDEO)

30/03/2023 14:50

Casusluqda ittiham olunan jurnalist həbs edildi

30/03/2023 14:45

Ekspertin ifadəsində ziddiyyətli hallar ortaya çıxdı – “Nərmin işi”

30/03/2023 14:32

BDU-da işləmək istəyənlərin nəzərinə!

30/03/2023 14:26

Keçmiş nazir müavininə yeni vəzifə verildi

30/03/2023 14:20

Amerika:”Rusiya və Çinlə eyni vaxtda müharibə aparmaq çox çətin olacaq”

30/03/2023 14:12

Bill Gates:”Özü idarə olunan avtomobillər, kompüterlər kimi həyatımızı dəyişəcək”

30/03/2023 13:35

İşsizlikdən şikayətlənən “Moşu”ya VƏZİFƏ VERİLDİ

30/03/2023 13:18

Avtomobillər bir gündə kəskin BAHALAŞDI – YENİ QİYMƏTLƏR

30/03/2023 13:11

Tanınmış jurnalist mətbuat katibi təyin olundu

30/03/2023 12:59

Təyyarədə narkotiki mədəsində gətirən qadın…

30/03/2023 12:46

Marketlərdə satılan kolbasalar ətdən deyil, otdan hazırlanır

30/03/2023 12:34

Silahlı hücum : YARALILAR VAR

30/03/2023 12:23

Terror aktı nəticəsində 4 polis həlak oldu

30/03/2023 12:09

Apreldə neçə gün iş olmayacaq?

30/03/2023 11:48

Uşaqlar arasına kütləvi zəhərlənmə

30/03/2023 11:33

Milli parkda baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

30/03/2023 11:28

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.