“Müharibədən sonra çox qəribə və yenə də feyk faktlara, deyərdim ki, Azərbaycanofobiyaya əsaslanan bir hekayə var idi ki, Azərbaycan bizim işğaldan azad etdiyimiz ərazilərdə Ermənistanın mədəni irsini dağıdacaq. UNESCO qapımızda idi və səfər etməyi planlaşdırırdı. Əlbəttə ki, biz onlarla işləyirdik, çünki bizə yazışmamızın müvafiq mətndə olması lazım idi, bizə onların açıq bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə tam şəkildə riayət edilməsi lazım idi. Yekun olaraq biz mətnin və missiyanın tərkibi üzərində razılığa gəldik”.
Bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə Avrasiya Araşdırmaları Mərkəzinin fransalı tədqiqatçısı Maksim Qoənin sualını cavablandırarkən deyib.
“Qeyd etmək istəyirəm otuz ildir ki, biz UNESCO-dan işğal olunmuş ərazilərə gəlməyi və şahid olduqlarını bildirməyi xahiş edirdik. Onlar həmişə imtina edirdilər. İkinci Qarabağ müharibəsindən bir il və ya ola bilsin bir il yarım əvvəl bizim ovaxtkı xarici işlər naziri UNESCO-da idi və bu sualı onlara vermişdi. Cavab isə belə oldu ki, UNESCO siyasi məsələlərlə məşğul olmur.