Sankt-Peterburq “Zenit”inin və Kazan “Rubin”inin sabiq analitiki Nikita Vasyuxin bundan sonra “Sabah” klubunda çalışacaq. O, kluba rəhbərlik edən Murad Musayevin məşqçilər korpusunda fəaliyyət göstərəcək.
Medianews.az “çemponat.com”a istinadla xəbər verir ki, bu barədə Samara vilayətinin klubu rəsmi məlumat yayıb. Nikita Vasyuxin əvvəllər “Zenit”in analitik departamentinə rəhbərlik edib, sonra “Rubin”də analitik vəzifəsinə keçib və burada Leonid Slutskiyə kömək edib.
Medianews.az