Cümə axşamı, 30 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Yanğın ölkənin yağ bazarına böyük təsir göstərəcək” – Ekspertdən AÇIQLAMA

TURAN
29/04/2022 14:50
2
BAXIŞ
FacebookTwitterTelegram

““Səngəçal terminalı ölkənin ən strateji nöqtələrindən hesab edilir və ən yüksək səviyyədə mühafizə olunur. Bu gün ərzaq ehtiyatlarının toplandığı anbarlar və digər saxlanc yerləri eyni qədər strateji əhəmiyyətinə görə bu termila qədər əhəmiyyətlidir. Odur ki bu obyektlər özəl təsərrüfat obyektlərinin, yoxsa dövlətin mülkiyyətində olmasından asılı olmayaraq eyni dərəcədə dövlət tərəfindən böyük ciddiyətlə qorunmalıdır”.

Medianews.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, kimsə qarantiya verə bilməz ki, bu sonuncudur və daha təkrarlanmayacaqdır:

““Azərsun Sənaye Parkı”na dəymiş ziyan müəssisənin özündən daha çox kənar mənfi təsirlərə malikdir. Düzdür burada, xam yağ qəbulu və rafinləşdirmə bölmələrindən, marqarin paketləmə, duru yağ qablaşdırma, əridilmiş yağın qablaşdırılması və metal qablaşdırma üçün müasir avadanlıqları vardır. Amma sənaye parkının özünə dəymiş ziyan, o cümlədən daşınmaz əmlaka və məhsullara görə ziyan isə sığorta şirkəti tərəfindən qarşılanacaq. Amma bu problemin həlli deyil. İstehsal sahələrindəki fəaliyyətin yenidən bərpası dərhal mümkün olmayacaq, bunu bərpa etmək üçün müəyyən bir müddət lazım gələcəkdir. Yanmış avadanlıqların yenilərin alınması, gətirilməsi, quraşdırılması və yeni saxlanc yerlərinin yaradılması üçün zaman və vəsait lazımdır.

O ki qaldı, yanğının ölkənin yağ bazarına təsirlərinə, düzdür, yanğın plastik qablardan başlasa da, 5-6 aylıq yağ ehtiyatı olan kərə yağlarının yığıldığı soyuducu anbara keçib və yağ anbarında on milyon manatlarla dəyəri olan məhsullar yanıb. Təbii ki bunun bazarlara da öz təsiri olacaqdır. Çünki, bildirilir ki, fabrik 5-6 aylıq ehtiyatı təmin etmək üçün bir neçə ay çalışıb.

Istər maddi baxımdan, istər strateji əhəmiyyət baxımından, istərsə də psixoloji baxımdan itki böyükdür. Bu hadisənin ən mənfi təsir isə satış mərkəzlərində suni qiymət artımlarına səbəb ola bilməsidir. Yəni yaranmış situasiya psixoloji gərginlik yarada bilər”.

İqtisaçsının sözlərinə görə, biz ölkənin yağ və yağ məhsullarına olan təlabatı, Azərsunun istehsal potensialı, “Azərsun Sənaye Parkı”nda sıradan çıxmış məhsulların statikstikasını müqayisəli təhlil etdikcə görəcəyik ki, bu yanğına görə ajiotaj yaratmağa gərək yoxdur:

“Belə ki, “Azərsun Holdinq”in kərə yağı bazarında payının cəmi 5-7 faiz təşkil etdir. Sumqayıtda isə böyük həcmdə idxal edilən kərə yağının çəkilərə görə daha kiçik həcmlərdə qablaşdırılaraq satışa çıxarılır. Əvvəla “Azərsun Holdinq”-in müəssisələri yalnız bu yanan sahədən ibarət deyil. İkinci vacib bir məsələ isə 5-6 aylıq ehtiyat məsələsidir. Bəzi insanlarımız elə başa düşür ki, ölkənin 5-6 aylıq ehtiyatıdır. Xeyr! Bu ehtiyat ifadəsi məhz bu müəssisəyə aid olan ehtiyat məhsullara aiddir. Odur ki, istər Azərsun rəsmiləri, istər dövlət rəsmiləri açıqlama verərkən mütləq şəkildə elə ifadələrdən istifadə etməlidirlər ki, sonradan bu ifadələr ajiotaj yaratmasın. 5-6 aylıq ehtiyatın bu müəsisəyə aid olduğu ayrıca vurğulanmalıdır.

Qısaca ifadə etsək Azərbaycan həm bitki yağları, həm də kərə yağı təlabatı baxımından idxaldan asılı ölkədir. Bu ən azı 80 faizdən çoxdur. Özümüz istehsal etdiklərimiz isə yenə də idxaldan asılı idir. Yəni, kərə yağları Yeni Zellandiyadan gətirilir. Burada sadəcə xüsusi çəki və ölçüyə salınır, sonra isə qablaşdırılır”.

İqtisadçının sözlərinə görə, hazırkı vəziyyətdə 2 əsas məsələyə tam diqqət yetirilməlidir:

“Birinci, ölkədə ərzaq təhlükəsizliyində rol oynayan hər bir müəssisənin stratejilik səviyyəsi yüskəldilməli; ikincisi, idxal kanallarının fasiləsizliyinin təmin olunması (onsuz da idxaldan asılıyıq) və idxalda süni problemlərin yaranma ehtimalları qiymətləndirilərək qabaqlayıcı tədbirlər görülməlidir.

“Bir sözlə, ərzaq ehtiyatlarına təhdid yarada biləcək hər bir istiqamət dövlət tərəfindən xüsusi nəzarətə götürülməlidir.
Bir də yaranmış bu psixoloji basqı şəraitində kimlərinsə bazarların yağların qiymətini süni qaldırmasına əncəl olmaq lazımdır. Təbii ki az miqdarda qiymət artımını ehtimalı var, amma bunu böyük fürsətə çevirilməsinə imkan vermək olmaz”.

Leyla
Medianews.az

DAHA ÇOX OXU

export

Günay Pirizadədən xəbər var – VİDEO

30/03/2023 17:43
export

Əri ilə videosuna təhqir yazan izləyicisini polisə verdi

30/03/2023 17:40
export

Tahir Kərimli: “İsmayıllıya gedəndə, demək olar, evdən çölə çıxmıram, deputatlara silah verilməsi vacibdir…”

30/03/2023 17:24
Dünya

Çin lideri – Çini müharibəyə hazırladığını bəyan etdi

30/03/2023 17:20
Dünya

Dini məbəddə qorxunc hadisə – Onlarla insan…

30/03/2023 17:08
export

Tanınmış müğənniyə qarşı saxtakarlıq – Sonu “31” olan nömrədən zəng edərək … – FOTO

30/03/2023 16:51
SON XƏBƏR

“Metrix.az” layihəsinin təqdimat mərasimi keçirilib

Deputat Mahir Abbaszadə Avropa çempinoatının mükafatçıları ilə görüşüb

Azərbaycanda bu vəzifə LƏĞV EDİLDİ: Yenisi yaradıldı

Xəbər lenti

Günay Pirizadədən xəbər var – VİDEO

30/03/2023 17:43

Əri ilə videosuna təhqir yazan izləyicisini polisə verdi

30/03/2023 17:40

Tahir Kərimli: “İsmayıllıya gedəndə, demək olar, evdən çölə çıxmıram, deputatlara silah verilməsi vacibdir…”

30/03/2023 17:24

Çin lideri – Çini müharibəyə hazırladığını bəyan etdi

30/03/2023 17:20

Dini məbəddə qorxunc hadisə – Onlarla insan…

30/03/2023 17:08

Tanınmış müğənniyə qarşı saxtakarlıq – Sonu “31” olan nömrədən zəng edərək … – FOTO

30/03/2023 16:51

Məşhur aktyor:”Uşaq evində yaşadıqlarımı unuda bilmirəm”- FOTO

30/03/2023 16:46

DƏHŞƏT: Avtobus 8 yaşlı uşağı belə vurdu – ANBAAN VİDEO

30/03/2023 16:37

Kiçik qızın bu görüntüləri izləyənləri duyğulandırdı – VİDEO

30/03/2023 16:29

İranda molla rejimi qadınların isti mövsümdə geyimindən qorxuya düşdü – VİDEO

30/03/2023 16:15

Məktəbdən qovulan şagird cinayət törətdi

30/03/2023 16:04

Azərbaycan DTX Ermənistan məxfi xidmət əməkdaşlarına italyan təamını necə “həzm etdirib”? – VİDEO

30/03/2023 15:47

Azərbaycanda yeni agentlik yaradıldı – FƏRMAN

30/03/2023 15:39

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Zaur Mikayılov kimdir?- DOSYE

30/03/2023 15:38

Prezident ona yüksək vəzifə verdi

30/03/2023 15:22

“Narkomaniyaya birlikdə yox deyək!” maarifləndirici tədbiri keçirilib

30/03/2023 15:16

Azərbaycanda dollar qıtlığı yarana bilərmi? – VİDEO

30/03/2023 15:09

Azərbaycanlı müğənninin qayınanası efirə ZƏNG ETDİ: “Ona deməmişəm ki…” – VİDEO

30/03/2023 15:07

İcra hakimiyyətləri ləğv olunacaq – Deputat AÇIQLADI

30/03/2023 15:06

“Mənim üçün “boşanmaq” çox pis sözdür”

30/03/2023 15:04

Nicat Kazımovun “Yaşanan yarım əsr” adlı sənədli filmin təqdimatı keçirilib

30/03/2023 14:58

Rusiyada azərbaycanlılara gəlin satan qadın saxlanıldı

30/03/2023 14:53

Bakıda fəaliyyət göstərən Gürcüstan nömrəli avtobuslar kimindir? – Hər gün bu saatlarda … (VİDEO)

30/03/2023 14:50

Casusluqda ittiham olunan jurnalist həbs edildi

30/03/2023 14:45

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.