Cümə axşamı, 30 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Toy, məclis lentə alanlar bu gün kino çəkirlər” – Rasim Balayevlə MÜSAHİBƏ

XƏYALƏ
29/04/2022 17:06
0
BAXIŞ
FacebookTwitterTelegram

 

Son dönəmlər Qarabağla, 44 günlük Vətən müharibəsindəki qələbəmizlə bağlı yaxşı filmlərin çəkilməməsi ilə əlaqədar sosial şəbəkələrdə müzakirələr aparılır. Bir çoxları bu məsələdə rejissorları və aktyorları, bəziləri Mədəniyyət Nazirliyini, Maliyyə Nazirliyini, bir sıra adamlar isə ssenaristləri qınayırlar. Fikirlər, yanaşmalar müxtəlif olsa da, ortada bir həqiqət var: bu istiqamətdə dünyaya çıxara biləcəyimiz, qələbəmizi, hərbçilərimizin qəhrəmanlıqlarını simvollaşdıra biləcək yaxşı filmlər çəkilməyib.

Məsələ ilə bağlı Xalq artisti Rasim Balayevin fikirlərini öyrənməyə çalışdıq.

Xalq artisti Publika.az-a müsahibəsində söylədi ki, bu sahədə problemlər çoxdur və onun səbəbləri də köklüdür.

– Rasim müəllim, bir müddətdir ki, mediada 44 günlük müharibədəki şanlı zəfərimizlə əlaqədar yaxşı filmlərin çəkilməməsi ilə bağlı müzakirələr gedir. Siz də bu fikirdəsinizmi? Niyə bu mövzuda yaxşı sayıla biləcək, dünyaya çıxaracağımız filmlər çəkilmir?

– Nə bilim, vallah. Məncə, bu suala ən yaxşı cavabı Mədəniyyət Nazirliyi verə bilər. Bu işə onlar baxır. İndi Kino Agentliyi yaradırlar. Burada əsas rolu ssenari yazanlar oynayır. Düşünürəm ki, yaxşı ssenari yazanlar yoxdur. Əgər yaxşı ssenarilər yazılsa, yaxşı filmlər də çəkmək mümkündür. Yaxşı film çəkmək üçün bütün komponentlər olmalıdır. Üstəlik, həmin komponentlər bir-birini tamamlamalıdır. Amma bunlar yoxdur. Məncə, yaxşı kino məktəbləri yaranmadı. Elə ona görə də yaxşı filmlərin çəkilməsində problemlər yaşayırıq. Əvvəllər – sovet dövründə yaxşı filmlər çəkilib. Bunun üçün yaxşı imkanlar da var idi. İndi belə imkanlar gözə dəymir.

– Ermənilərlə eyni vaxtda SSRİ-dən ayrılmışıq. İndi onların ssenaristlərinin səsi Hollivuddan gəlir. Qondarma soyqırımı ilə bağlı film ekranlaşdırdılar. Qarabağla bağlı çəkdikləri həqiqətə uyğun olmayan filmlər beynəlxalq festivallara göndərilir. Bəs bizdən fərqli olaraq onlarda niyə alınır?

– Bizim ilk işimiz Qarabağla bağlı yaxşı film çəkməkdən öncə ermənilərin dağıtdığı Qarabağı düzəltmək olmalıdır. Ermənilərin 30 il ərzində Azərbaycana, onun mədəniyyətinə, iqtisadiyyatına qarşı etdiyi vəhşilikləri dünyaya yayaq. Qarabağda yenidənqurma və bərpa işlərini sürətləndirək. Bunların hamısı böyük vəsaitlər tələb edir. Bilirsiniz, kino bu gün Azərbaycanda yaranmır. Müharibə ilə bağlı yaxşı filmin yaranması üçün onun üzərindən bir xeyli müddət keçməlidir. Elə 1941-45-ci illərin Böyük Vətən müharibəsi ilə bağlı yaxşı filmlər də hadisələrin üzərindən xeyli müddət keçəndən sonra yaranmağa başladı. Müharibə dövründə operatorlar, kino-operatorlar öndə gedirdi. Qabaqlar belə idi. Gərək 44 günlük müharibədə də operatorlarımız öndə gedəydi ki, yaxşı sənədli filmlər çəkə biləydik. Hətta əvvəlki müharibələrdə müharibənin ən qaynar nöqtələrində operatorlar çəkilişlər aparırdılar. Onların arasında ön cəbhədə ölənlər də olub. 44 günlük müharibədə də bizim operatorlarımız öndə olmalı idi ki, hərbçilərimizin qəhrəmanlıqlarını, uşaqların necə vuruşduğunu lentə alaydılar. Əvvəllər bunlar çəkilirdi və sonradan çox yaxşı sənədli filmlər ərsəyə gəlirdi. İlkin mərhələdə sənədli, sonrakı dövrdə bədii filmlər yaranmalıdır. Yaxşı ssenari yazanlar yoxdur. Ən azından mən bu barədə eşitməmişəm. İndi çox yaxşı cavan uşaqlar var, aktyor kimi peşəkar iş ortaya qoya bilərlər. Hətta eşitdiyimə görə, yaxşı rejissorlarımız da var. Onlar da yaxşı filmlər çəkmək qabiliyyətinə malikdirlər. Əgər yaxşı ssenarilər olarsa, yaxşı filmlər də ortaya çıxar. Sanki ssenari qıtlığı yaşanır.

– Ssenaristlər, yazıçı-ssenaristlər isə bu ittihamları qəbul etmirlər. Deyirlər ki, yaxşı ssenarilər yazılır, sadəcə baxan yoxdur…

– Onların nə yazdıqlarından xəbərim yoxdur. Bilirsiniz, şair-yazıçı başqadır, kino-ssenarist bir başqa anlayışdır. Yaxşı ssenari müəllifdən tamam başqa istedadlar tələb edir. Ola bilər ki, adam yaxşı şair, yazıçı olsun, amma dramaturq kimi özünü göstərə bilməsin. Yaxşı yazıçı olub, yaxşı ssenarist də olmaya bilər… İndi ssenarinin də öz tələbləri var.

– Bizdə niyə kino sənayesi formalaşa bilmir?

– Səbəbi odur ki, SSRİ dağıldı və ondan sonra bu işə ciddi fikir verilmədi. Götürək erməniləri, onların sovet dövründə heç vaxt yaxşı filmləri olmayıb. İndi Hollivuda, başqa yerlərə gedirlər. Amma SSRİ dönəmində Azərbaycan kino sahəsində onlardan həmişə üstün olub. Eləcə də gürcü filmləri… Gürcü, qırğız filmləri daha öndə gedirdi. Bu gün onlarda da elə bir irəliləyiş yoxdur. Vaxtilə Londonda və başqa şəhərlərdə ayrıca gürcü filmləri festivalları keçirilirdi. Bu gün yaxşı gürcü filmlərindən də səs-soraq yoxdur.

– Bəs siz özünüz yeni filmlərə dəvət alırsınız?

– Təzə film var ki?! Xeyr, dəvət almıram. Bir neçə teleseriala dəvət aldım, amma ssenariləri bəyənmədim. Ona görə də getmədim. Amma böyük filmlərə, ekran üçün çəkilən filmlərə dəvət almamışam.

– Bəlkə Azərbaycanda kinonun inkişafı üçün bu sahədə təcrübəsi olan ölkələrdən, məsələn, Türkiyədən mütəxəssislər dəvət etmək lazımdır?

– Bilirsiniz, aktyor məsələsi ilə bağlı problem yoxdur. Bizim elə cavan aktyorlarımız var ki, onlar istənilən rolu oynaya bilərlər. Amma sən demişkən, ona kino-rejissor lazımdır. Eyni zamanda çox yaxşı ssenarilər yazılmalıdır. Bu ssenariləri də ortaya çıxaran, çəkə bilən rejissorlara daha çox ehtiyac duyulur. Vaxtilə Moskvada, Dövlət Kinomatoqrafiya İnstitutunda oxuyan operatorlarımız, rejissorlarımız var idi. Hər il bizə bir rejissor, bir operator yeri verirdilər. Bu gün hər şey bir-birinə qarışıb. İndi oxumağa heç kim getmir. Çünki hazırda hər şey pulludur. Amma əvvəl yer verilirdi, hər şey dövlət hesabına idi. Yaxşı filmlərin ərsəyə gəlməməsi ilə bağlı səbəblər çoxdur. Yaxşı film üçün yaxşı ssenari, yaxşı rejissor, yaxşı komanda olmalıdır. Bunlar olmayanda yaxşı film də ərsəyə gəlmir. Bu gün vəziyyət ona görə pisdir ki, bəzi hallarda toy, məclis çəkən adamlar kino çəkməyə başlayıblar. Bunlar arasında böyük fərq var. Kinonun əsas müəllifi rejissordur. Aktyorları yetişdirmək lazımdır. Mən görmüşəm, bizim yaxşı aktyorlarımız var. Yaxşı rejissor və ssenari olsa, oynamağa yaxşı gənc aktyorlar tapılar. Bilirsiniz, “çit”dən yaxşı kostyum tikmək olmaz, gərək kostyumun materialı yaxşı olsun. Material da ssenaridir. Rejissor da dərzi kimi bir şeydir. Yaxşı materialdan yaxşı kostyum tikir. Əgər rejissorun əlinə yaxşı material gəlməsə, yaxşı film də ortaya çıxara bilməyəcək.

– Siz də daxil olmaqla bu gün təqaüdə çıxan kino xadimlərimiz dolana bilirmi?

– Sağ olsunlar, bizə Prezident təqaüdü verirlər. Əksər kino xadimləri bu təqaüdü alır. Heç olmasa pensiya alırıq. Bəli, dolana bilirik.

DAHA ÇOX OXU

Dünya

Şimali Kipr Prezidentinə hücum cəhdi olub – VİDEO

30/03/2023 05:11
export

Küçənin ortasında gənc qadını bu hala saldı – ANBAAN VİDEO

29/03/2023 22:39
export

Fransız polisinin nümayişçiləri dəyənəklə döyməsi gündəm oldu – YENİ GÖRÜNTÜLƏR

29/03/2023 22:33
export

Zəlzələdə böyük zərər görən məscidin minarəsi belə söküldü – VİDEO

29/03/2023 22:27
export

Avtomobilinə mindirdiyi qızların gizlincə görüntüsünü çəkib şantaj edir – SKANDAL

29/03/2023 22:23
export

7 yaşlı qızı döydü, daha sonra ayağı ilə … – ŞOK GÖRÜNTÜLƏR

29/03/2023 22:17
SON XƏBƏR

Britaniyalı alim: "Şuşadakı bərpa işləri böyük təəssürat yaradır"

Bu ölkə Zelenskinin təklifini RƏDD ETDİ

Donald Tramp “Twitter”ə qayıtdı - İlk paylaşımı gündəm oldu

Xəbər lenti

Ən güvənilən 5 bürc – Bütün sirlərinizi aça bilərsiniz

30/03/2023 08:53

Avtobus qəzası — Ölən və yaralananlar var

30/03/2023 08:48

Gözlənilən BAŞ TUTDU: “Dərviş band” və Niyaməddin Musayevlə birgə duet oxudu – VİDEO

30/03/2023 08:43

Neymar kazinoda iki saata bir milyon avrodan çox pul uduzdu

30/03/2023 07:02

Ebru Şallı boşanır

30/03/2023 06:46

Moskvada məktəbli qız oğlanlarla əlbir olub anasını öldürtdü

30/03/2023 06:16

Türkiyədə elektrik enerijisi 15 faiz, təbii qaz qiymətləri isə 20 faiz ucuzlaşdırıldı

30/03/2023 06:00

Şimali Kipr Prezidentinə hücum cəhdi olub – VİDEO

30/03/2023 05:11

Küçənin ortasında gənc qadını bu hala saldı – ANBAAN VİDEO

29/03/2023 22:39

Fransız polisinin nümayişçiləri dəyənəklə döyməsi gündəm oldu – YENİ GÖRÜNTÜLƏR

29/03/2023 22:33

Zəlzələdə böyük zərər görən məscidin minarəsi belə söküldü – VİDEO

29/03/2023 22:27

Avtomobilinə mindirdiyi qızların gizlincə görüntüsünü çəkib şantaj edir – SKANDAL

29/03/2023 22:23

7 yaşlı qızı döydü, daha sonra ayağı ilə … – ŞOK GÖRÜNTÜLƏR

29/03/2023 22:17

İranlı ayətullah: “Qadınlar hicaba riayət etməyə bilərlər” – VİDEO

29/03/2023 21:18

Əməkdar artistin “Range Rover”i soyuldu: Xanımının çantası, 920 manat pul…

29/03/2023 18:41

Fuad Nəsirov müdir TƏYİN OLUNDU

29/03/2023 18:05

Gənc yaşda xərçəng hallarının artmasının ƏSAS SƏBƏBİ – Bir dilimi belə zərərli olan QİDALAR!

29/03/2023 17:33

Kamal Dəniz: “Gələcək nəsil bunu bizə bağışlamayacaq”-VİDEO

29/03/2023 17:29

Azərbaycanda direktora şiddətli töhmət verildi, müavin işdən çıxarıldı

29/03/2023 17:27

Nəfəs məsuliyyətə cəlb olunacaq?

29/03/2023 17:25

İlham Əliyev Fazil Mustafa ilə bağlı GÖSTƏRİŞ verdi – SON DƏQİQƏ

29/03/2023 17:05

Silsilə cinayətlər törədən iş adamı həbs edildi

29/03/2023 17:01

11 mərtəbəli bina BOŞALDILDI – HƏYƏCANLI ANLAR(FOTO)

29/03/2023 16:48

Nazilə Nigarın müdafiəsinə qalxdı, Rövşanəni “yıxıb sürüdü” – Qalmaqal – VİDEO

29/03/2023 16:37

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.