“Əvvəlki illərdə paytaxt sakinləri bağ evlərinə üz tutudularsa, bu gün əhalinin böyük bir hissəsi Azərbaycanın digər turistik zonalarını seçir”.
Bu fikirləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Medianews.az saytına açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın təbiəti müxtəlif olduğuna görə, yay aylarında Şimal, Cənub, Qərb bölgələrində yerli turistlər daha fəal iştirak edirlər və bu səbəbdən də həmin ərazilərdə gündəlik evlərin kirayə qiymətləri yüksək olur:
“Qiymətlərin yüksək olması yaxşı hal deyil. Çünki bu hamı üçün əlçatan olmur. Demək olar ki, bir evin qiyməti bahalı otel qiymətinə bərabər olur.
Bölgələrdə bir günlük kirayə evlərin qiyməti 20-30 manatdan başlayır və 200 manata qədər qalxır. Bu, kamforta görə dəyişən qiymətlərdir”.
Ekspert bildirir ki, bölgələrə təlabat sərt karantin, pandemiya dövründə daha da artıb:
“Səbəb isə o idi ki, başqa ölkələrə gediş-gəliş qapanmışdı. Pandemiyadan sonra bölgələrdə nəinki ev kirayələmək, hətta əmlaklar, torpaq sahələri alınmağa başlandı. Bu da bölgələrdə evlərin və torpaq sahələrinin qiymətini artırdı. Təbii ki, bu söylədiklərim sırf turistik zonalara aiddir.
Həmçinin qış aylarında da qar yağan bölgələrə turist kimi gedirlər, təbiəti görüb, istirahət edib, gəlirlər. Bu baxımdan yerli turizmin inkifaşı çox gözəldir. Azərbaycana hər il təxmini 1000 turist gəlirsə, 30-40 min insan da turst kimi başqa ölklərə gedir, həmin ölkələrin turizm sektoruna yatırımlar edir. Bu sahəyə nəzarət gücləndirilsə, istər xidmət, otelçilik, evlərin qiymətləri münasib olarsa, öz vətəndaşlarımız yerli turzmi tam təmin edə bilər.
Hər il yay aylarında minlərlə Azərbaycan vətəndaşı Ukraynaya istirahət üçün gedirdi. İndi isə orada müharibədir. Müharibə bitdikdən də sonra həmin ərazilərin bərpası xeyli vaxt tələb edəcək. Ora üz tutcaq olan turistləri öz ölkəmizə cəlb edə bilsək, ölkənin bu sahədən gəlirləri daha da artmış olar”.
Leyla
Medianews.az