“Təhsil Nazirliyinin qarşısında duran əsas hədəflərdən biri də məktəblərdə rəqəmsal savadlılığın təmin edilməsidir. Çünki bu gün bizim məktəblərdə nə baş verirsə, təxminən 15-20 ildən sonra cəmiyyətdə, iqtisadiyyatda baş verəcək məsələlərdəndir”.
Bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, tədqiqatlara əsaslanan fikirlərin bildirilməsi önəmlidir: “Bəzi hallarda həssas və mürəkkəb məktəb məzmunu mövzusunda emosionallıqla proqmatiklik arasında balansı itiririk. Bəzi proqmatik bacarıqlar var ki, cəmiyyətin, eləcə də dünyanın müqavimət göstərməyə lüzum olmayan sahələridir. Yəni biz istəsəkdə, istəməsək də dünya rəqəmsallaşır”.