Şənbə, 25 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Xoşqədəm xanım, Nuraya yaxşılıq belə olmur!

XƏYALƏ
27/04/2022 12:15
3
BAXIŞ
FacebookTwitterTelegram

Kulis. Ayxan Ayvaz 

İllər əvvəl bir dostumuz demişdi ki, filankəs mənə yaxşılıq eləyir, bilmirəm ona necə pislik eləyim. Əslində, o, bununla yaxşılığın əslində təmənna ilə bağlı olduğunu vurğulamaq istəyirdi.

Bu cümlədə dərin məna, alt qat var. Türk qardaşlarımız deyir ki, iyilikden maraz doğar. Yəni yaxşılıq soyudar hər şeyi. Bəzən yaxşılıq etmək, kiməsə acımaq, ona kömək əli uzatmaq pislikdən betər olur. İnsanları tanımırsan, tanıya bilmirsən, güvənin itir. Ona görə yaxşılıq edəndən ehtiyat edirsən. Atamın mənə dediyi əla bir cümlə vardı: “İnsanları tanıyanda, qorxma”.

Bu yaxınlarda Xalq yazıçısı Anar “1984” romanındakı məşhur ifadəni dəyişdirərək belə yazmışdı: “Yaxşılıq – pislikdir! Pislik – yaxşılıqdır”. Corc Oruel totalitar quruluşunu bu şüarlarla ifadə etmişdi: “Həqiqət – yalandır, yalan – həqiqətdir, müharibə – sülhdür, sülh – müharibədir”.

Yaxşılığın içində dəhşətli bir qəddarlıq hissi hökm sürür. Çünki yaxşılıq arxasında bir eqo daşıyır – “Mən onu xilas elədim”, “Mən olmasam, pis günə düşərdi” və s. Biz uşaqlıqdan “yaxşılıq” altında böyümüşük. Ata-anamız daim yaxşılığı başımıza vurublar: “Səni böyütdüm, boya-başa çatdırdım, indi üzümə ağ olursan?”/ Halbuki, əslində, valideynin işi onsuz da uşağı böyüdüb başa çatdırmaqdır. Yox bir, uşaq öz-özünə böyüyüb başa çatmalıdır.

Xoşqədəmin verilişində gözlərində kədər daşıyan balaca Nuraya olan yardımlar təqdirəlayiqdir. Xoşqədəm xanım bir uşağın xilası üçün səfərbər oldu, xeyli adamı bu ağır situasiya ilə tanış elədi. Yardım üstünə yardım gəldi. Sonra? Sonra yaxşılıqdan doğan təmənna hissi ortaya çıxdı.

Xoşqədəm nə etdi? Qızı rəqs elətdirdi. Onun ağrı-acısıyla reytinq tutdu. Hələ bu da yetmirmiş kimi qızı kameranın qabağına çıxarıb parikini açdırdı. Xərçəng xəstəliyindən əziyyət çəkən balaca Nuray göz yaşlarını silə-silə parikini açır və deyir: “Mən xərçəngə qalib gələcəm”. Nurayın üzündəki məsumluq, saflıq insanı sarsıdır. Studiyadakılar da onun görüntüsünə baxıb göz yaşı axıdırlar.

Birincisi, Xoşqədəm xanım, çox yaxşı eləmisən, çox sağ ol, sənə Azərbaycan xalqı adından təşəkkür edirəm. Bir qızı ölümün caynağından xilas etmək hər adamın işi deyil. Amma bu yaxşılığının arxasındakı təmənna nədir bəs? Sən Nurayın parikini açdırmasan, olmurmu? Onsuz da Nurayın gözlərinə baxanda hər şey aydın olur. Ona əlavə rəng qatmaq, parik çıxartmaq, rəqs elətdirmək nəyə lazım?

İkincisi, Xoşqədəm xanım, bilmirsinizsə deyim, faciə üzərində reklam, faciə üzərində tamaşa düzəltməzlər. İllər əvvəl sizin həmkarınız Zaur Baxşəliyev bəndənizi “Bizimləsən” verilişinə dəvət etmişdi. Mövzu belə idi: “Gənc yazıçının faciəli həyatı”. Razılaşdım. Verilişə az qalmış isə prodüser mənə anamın gəlinliyini gətirməyimi tələb etdi. Niyəsini soruşdum. Dedi ki, bəs verilişin ortasında ananızın gəlinliyini gözünüzə sıxıb ağlayacaqsınız.

Yaxşılıq görünməməlidir. Xalq necə deyir? Sağ əlin verdiyini sol əl bilməməlidir. Yaxşılıq hansısa bir təmənna güdürsə, arxasında daha böyük bir pisliyə yol açırsa, o yaxşılığın heç bir faydası olmaz. Əminəm ki, siz bunları məndən yaxşı bilirsiniz, Xoşqədəm xanım. Amma yox, bilmirsiniz, çünki məndən həssas ola bilməzsiniz. Yaxşılıq adıyla mənə edilən pislikləri oturub yazsam, dastan olar. Nə sizin, nə də camaatın vaxtını almağa dəyməz.

Ən yaxşısı gecə, hamı yatandan sonra, adyalı başınıza çəkəndə düşünün: sizin faciənizi, yaranızı açıb göstərsələr, necə olar? Yaraları, faciələri açıb göstərməyin, Xoşqədəm xanım. Çünki o yaralar başqalarına göstəriləndə daha da dərinləşir. Yara sağalmır. Onu siz də sağalda bilməzsiniz.

İnsan tək fiziki varlıq deyil. Xəstəliyi sağalsa da, varlığı sağalmaz. Nurayın gözlərinə baxın və susun. Vəssalam! Orda – o gözlərdə nağıl dünyası var, o dünyanı korlamağa heç birimizin haqqı yoxdur.

DAHA ÇOX OXU

Flash

Sərhəd üzərində uçan qırıcı… – İran dostluq, qonşuluq bağlarını qıra-qıra gedir

13/03/2023 12:31
Flash

Həyasızlığın bu qədəri: İrəvandan Bakıya yeni “sülh” şərti – Qriqoryan həddini aşdı!

13/03/2023 12:30
Flash

Rəqqasədən öyrəndiklərim

13/03/2023 12:15
Flash

Casusluq ittihamı ilə tutulanların vinyetkası

13/03/2023 12:11
Flash

5-ci kolona xidmət edən zootexnik

05/03/2023 19:07
Köşə

Azərbaycanlı mollanın ölümü

04/03/2023 10:12
SON XƏBƏR

“Məktəblə valideyn arasında böyük bir uçurum yaranıb”

Media nümayəndələri üçün "Kommunikasiya Strategiyası”na həsr olunmuş təlim keçirilib

Azərbaycanda COVID-19 pasportu tələbi ləğv ediləcək?- NAZİR AÇIQLADI

Xəbər lenti

Qız musiqinin səsinə etiraz edən atasına görün nə ETDİ

24/03/2023 23:52

Yaxşı immunitet üçün 5 əsas şərt

24/03/2023 23:36

Uşağı olmasın deyə Mənzurənin yeməyinə dərman qatılıb

24/03/2023 23:15

Tanınmış model taksi sürücüsü işləməyə başladı – FOTO

24/03/2023 22:46

Azərbaycanda bunu edənlərə SƏRT XƏBƏRDARLIQ OLUNDU – VİDEO

24/03/2023 22:25

Qalatasaraydan Azərbaycanla bağlı möhtəşəm VİDEOÇARX

24/03/2023 22:07

Bərdədə ağır yol qəzası faciəyə səbəb oldu- FOTO

24/03/2023 21:44

İranın cənub-şərq əyalətləri ayağa qalxdı: “Bu son mesajdır, hədəf bütün rejimdir!” – VİDEO

24/03/2023 21:32

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: Bölmələrimiz tərəfindən…

24/03/2023 21:17

Məşhur aktrisada beşinci dəfə xərçəng aşkarlandı

24/03/2023 21:11

Brilliantdan Dilarəyə təsəlli: “Biz də qəzada itirmişik…”

24/03/2023 20:51

Bakıda bir mənzilə xidmət edən lift – FOTO

24/03/2023 20:36

Dostları Oqtay Əliyevin bu arzusunu həyata KEÇİRƏCƏK

24/03/2023 20:17

Ronaldodan daha bir rekord

24/03/2023 20:07

Gülay qızı ilə Maldiv adalarında – FOTOLAR

24/03/2023 19:48

“Opel” və “VAZ” toqquşdu- Xəsarət alan var – FOTO

24/03/2023 19:40

Türkiyədə daha bir güclü ZƏLZƏLƏ

24/03/2023 19:35

Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: “Baş verə biləcək tələfata görə…”

24/03/2023 19:29

Gənclər arasında QAN DÜŞDÜ- Saxlanılan var

24/03/2023 19:09

Nihat Hatipoğluna verilən sual gündəm oldu – “Sevib sevilmirsənsə…”

24/03/2023 18:58

Hava limanında ağlasığmaz hərəkət – 57 yaşlı kişi…

24/03/2023 18:53

“İran bir neçə aya nüvə silahı istehsal edə bilər”

24/03/2023 18:38

Seda Sayan eşitmə qabiliyyətini itirib

24/03/2023 18:19

Ağasəlim Şükürov vəfat etdi

24/03/2023 18:11

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.