Rusiyanın enerji şirkəti “Qazprom” bu gün Bolqarıstan və Polşaya qaz axınını kəsdiyini açıqlayıb.
Şirkətdən verilən açıqlamada iki ölkənin rublla ödəniş etmədiyi üçün qaz axınının kəsildiyi bildirilib.
Medianews.az xəbər verir ki, fevralın 24-dən Ukraynanı işğal edən Rusiya Avropanın ən böyük qaz təminatçısı kimi tanınır, Polşa və Bolqarıstan isə ilk təbii qazı kəsilən ölkələr olub.
Ukraynaya hücumlarına görə Rusiyaya qarşı sanksiyalar tətbiq edən və Ukraynaya silah dəstəyi verən Polşaya Rusiya tərəfindən “dost olmayan ölkələr” statusu verilib.
Digər tərəfdən, Polşanın dövlət neft-qaz şirkəti PGNiG, martın 31-də Qazprom-un “dost olmayan ölkələrin” Rusiya qazı üçün rublla ödəməli olduğu şərtini elan etməsindən sonra Rusiya qazı üçün rublla ödəniş etməkdən imtina edib
PGNIG bildirib ki, “Qazprom” rublla ödəməkdən imtina etdikdən sonra Yamal-Avropa qaz kəməri ilə qaz axınını kəsəcək. PGNiG, Yamal Müqaviləsi çərçivəsində qaz axınının bərpası üçün addımlar atacağını və tədarükün dayandırılmasının müqavilənin pozulması olduğunu bildirdi. PGNiG müqavilənin pozulmasına görə kompensasiya tələb etmək hüququna malik olduğunu da qeyd edib.
PGNiG yeraltı qaz anbarının demək olar ki, 80 faiz dolu olduğunu və yay mövsümünün gəlişi ilə təbii qaza tələbatın azalacağını vurğulayıb.
Leyla
Medianews.az