“Azərbaycanda COVID-19 ilə bağlı peyvəndləmənin miqyası təqdirəlayiqdir. Azərbaycan bu problemin öhdəsindən uğurla gəlsə də, ehtiyatı əldən vermək olmaz”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (WHO) regional direktoru Hans Kluge Bakıda jurnalistlərə bildirib.
Bakıda olmaqdan məmnuniyyətini ifadə edən qurum rəsmisi Qoşulmama Hərəkatındakı sədrliyi çərçivəsində Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə göstərdiyi təşəbbüsləri xüsusilə qeyd edib: “Azərbaycan bütün ölkələrin peyvəndlərdən bərabər istifadəsinin vacibliyini bəyan edib”.
“Azərbaycanda COVID yoluxmalarının nə qədər azaldığını görürük. Ölkədə peyvəndləmənin əhatə dairəsi də təqdirəlayiqdir. Azərbaycan bu işin öhdəsindən gəlsə də, ehtiyatı əldən vermək lazım deyil. Xüsusilə payızın yaşlılar və immuniteti zəif olanlar üçün həssas dövr olduğunu unutmayaq” – deyə qonaq vurğulayıb.