Çərşənbə, 22 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Nigeriyada Azərbaycan mətbəxini brendə çevirən xanım: “Afrikada yaşamaq maraqlıdır”

XƏYALƏ
26/04/2022 15:36
22
BAXIŞ
FacebookTwitterTelegram

 

 

 

 

 

 

9 ildir Nigeriyada yaşayır. Afrikanın əslində heç də qorxulu bir yer olmadığını, insanların bu məmləkəti insan əti yeyən, quldurların çox olduğu qitə kimi tanıtmalarının tamamilə absurd olduğunu deyir. Əslində görünən və real vəziyyətin tamamilə başqa olduğunu vurğulayır. Bildirir ki, Nigeriya 2014- cü ildə xoşbəxt insanların ölkəsi olaraq tarixə düşüb. Zibilliklərin üzərində qurulan şəhərdə isə insanlar ağ geyinərək problemləri görməzdən gəlirlər.
Beləliklə, müsahibimiz Nigeriyada yaşayan azərbaycanlı xanım, Nigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri, “Billurənin mətbəxi” şirkətinin sahibi Billurə Bayramova-Bernarddır.

 

– Billurə xanım, Nigeriyaya necə getdiniz?
– Nigeriyaya iş ilə bağlı getdik. Bir illik İsveç krallığında İqtisadiyyat üzrə magistr təhsili aldım. Daha sonra fransız vətəndaşı ilə ailə həyatı qurub, Fransaya gəldim. Fransada çox az müddət yaşadıqdan sonra ailəmlə Nigeriyada yaşamalı olduq.

– Nigeriyaya getmənizin xüsusi bir səbəbi var idimi?
– Yoldaşım neft mühəndisidir, onun işi ilə bağlı Nigeriyaya getməli olduq. Belə ki, yoldaşım Nigeriyaya üç illik müqavilə ilə gedəsi olduğumuzu demişdi. Onun iş müqaviləsi uzandı və orada yaşadıqca özümüzü yaxşı hiss etdik, 9 ildir ki, burdayıq.


-Nigeriyada yaşamaq çətin olmadımı? İstənilən halda oranın iqlimi və insanları bizdən çox fərqlidir.

– Eynilə. Yoldaşım mənə deyəndə ki, Nigeriyaya gedəcəyik mən oranı təhüləkəli hesab edirdim və getmək istəmirdim. Nigeriyanın Şimalında Boko Haram adlı islam qruplaşması var ki, onlar ölkədə çətinliklər, problemlər yaradır. Nigeriya 200 milyon əhalisi olan bir ölkədir, onun da 50 faizi müsəlman, 50 faizi xristianlardan ibarətdir. 200-dən çox tayfası var, hər tayfanın da özü dili, adət-ənənəsi mövcuddur. Bildiyimiz Afrika ölkələrində sistem o qədər də işləmir. Uzaqdan baxdıqda çox təhlükəli görünür. Belə ki, filmlərdən, eşitdiklərimizdən belə bir fikrə qapılırıq. Mən də eşidirdim ki, Afrikada insanları oğurlayırlar. Düzdür, hazırda belə hallar var. Mənim üçün qorxu hava limanına gedənə qədər idi.

– O an nələr hiss etdiniz?

-İlk olaraq rütubəti hiss etdim. Hava tropikal olduğu üçün məndə boğulma halları baş verdi. Ancaq ətrafa boy-landıqda heç də yadlıq hiss etmədim. Çünki bu hava limanı mənə illər öncə Bakıdakı hava limanını xatırlatdı, özümü daha rahat hiss etməyə başladım, limandan çıxandan bizi polis maşınları müşaiyət edirdi. Təsəvür edin ki, avtomatlı mühafizəçilər bizi hava limanından evə qədər müşaiyət etdi. Bunları gördükdə qorxmağa başladıq.

-Səbəb nə idi bu qədər mühafizəyə?
– Hər şirkətin öz qayda qanunu var. Neft şirkətləri riskləri azaltmaqdan ötrü bu kimi qaydaları tətbiq edirlər. Ora-da şirkətin işçilərinin maşın sürməsi qadağandır. Şirkət hər xarici vətəndaşa, eyni zamanda, öz işçisinə maşın və sürücü verir. Əgər evimizdən 20 kilometr məsafə qət edəcəyiksə, biz şirkətə müraciət edirik, onlar bizə polis və avtomatlı mühfizə göndərirlər. Risklər var, hücumlar hər an ola bilər. Amma bu o demək deyil ki, Nigeriyada yaşayan hər kəs qorunmalıdır. Sadəcə şirkətlərin qoyduğu qaydalara əməl etməliyik.

 

-Bu hücumların səbəbi nədir və hansı zamanlarda hücumların sayı çoxalır?
– Xüsusən, nəqliyyatın ən pik saatlarında insanlar hücuma məruz qalırlar. Belə ki, bir qrup insan hücum edib sizi oğurlayaraq pul istəyirlər. Öncədən bu riskləri azaltmaq üçün belə qoruyucu vasitələrdən istifadə edirlər. Biz isə orada yaşadıqca bunlara alışdıq və gördük ki, yaşadığımız şəhər elə də qorxulu bir yer deyil. Təhlükə hər yerdə olduğu kimi, ordya da baş verə bilər.

 

– Azərbaycandan baxanda Nigeriya vəhşi insanlar, vəhşi təbiəti olan bir ölkə kimi görünür. Doğur-danmı real vəziyyət elədir?
– Düzünü desəm, ora getmədən öncə mən də elə düşünürdüm. Nigeryadan fərqli olaraq Namibiya Cənubi Afri-ka, Keniya inkişaf etmiş gözəl infrastuktura malik bir ölkədir. Müəyyən ölkələr var ki, insanlar orada kompakt yaşayırlar. Belə ki, orada infrastruktur düzgün qurulmayıb.

 

-Məsələn, nələr düzgün qurulmayıb?
– Misal üçün, orada hava şəraiti istidir, insanlar tikintiyə o qədər də üstünlük vermirlər. Bəzən də 4 divar tikib pəncərəsiz bir daxmada yaşayırlar. Nigeriyalılar səmimi insanlardır. İnsanların çoxu gün ərzində heç 1 dollar belə qazana bilmir. Küçədə normal yollar yoxdur. Ancaq mərkəzdə olan yolların asfaltı var. Bir avtobus 10 nəfərlikdirsə, oraya o isti havada 25 nəfər sığışdırmalı olurlar. Hava isti, insanlar pul qazanmalıdırlar. İşıqlar yoxdur, bizim işıqlarımız generatorla çalışır. Dövlət tərəfindən verilən işıqlar müəyyən saatlara qədər olur. Hər evdə işıq olmur. Hər binanın suyu yoxdur. Quyulardan çəkilən sular saatla binalara verilir. Yəni deməyim odur ki, bu qədər çətinliyi nəzərə alanda Nigeriyalılar neqativ deyillər. Bu qədər problemlərə rəğmən insanların səmimi, xoşbəxt, gülərüz olduğunu görəndə dəhşətə gəlirəm.Yaşadığımız Laqos şəhərində su üzərində sahil boyu zibil üzərində tikilən Makoko adlı şəhər var. O zibilin, şəraitsizliyin içində olan evlərdən insanlar elə ağ geyimdə çıxırlar ki… Və zibilin çox olduğu, suyun olmadığı bir şəraitdə afrikanlılar daha çox ağ geyinirlər. Geyimləri o qədər ağdır və gözəl, ütülüdür ki, insan bir anlıq düşünür ki, bu zibilin içindən insan necə belə təmiz çıxa bilər. Bir neçə il bundan öncə Nigeriya dünyada xoşbəxt insanlar ölkəsi kimi tarixə düşmüşdü. Bu, həqiqətən də belədir. Afrikada yaşamaq həqiqətən də maraqlıdır.

-Bizim təsəvvürümüzdə afrikalılar insan əti ilə qidalanan insanlar toplumu kimi qalıb. Bu fərziyələr nə qədər doğrudur?
– Bu məsələ ilə bağlı bizlər də mediadan müəyyən məlumatlar əldə edirik. Keçən il verilən məlumata əsasən İmo regionunda Hannibal zavodu aşkar edilmişdir. Hətta bizim eşitidyimizə görə polis insan əti bişirən restiran da aşkar etmişdir. Bunlar hansə dərəcəd doğrudur deyə bilmərəm.

– İnsan fabriki insan ətinin satışı ilə məşğul idi?
– Afrikada insanları oğurlayıb həmin fabrikə aparır, sonra insan əti əldə edib onları yeyirdilər. Təbii yayılan məlu-mata əsasən ölkə polisi bu iş ilə məğul olan insanları Hannibal / banditlər kimi həbs etmişdilər.

– Bəs, siz onların mədəniyyətinə necə uyğunlaşa bildiniz?
-Hər ölkənin öz mədəniyyəti var. Biz də hər bir ölkənin mədəniyyətinə, mətbəxinə hörmətlə yanaşmağı bacarma-lıyıq. Təsəvvür edin ki, hər tayfanın öz yasları, toyları, geyimləri, yeməkləri var. Hamısı da biri-birindən fərqlidir. Yeməkləri bizim üçün o qədər də cəlbedici deyil. Amma harasa dəvət alırıqsa, məcburuq ki, hörmət əlaməti olar-aq yeməklərinin az da olsa dadına baxaq. Onlar da bizim kimi düyünü çox sevirlər, amma düyü daha acı olur.

– Bizim alışdığınız mühitlə yaşadığınz mühit ziddiyət təşkil etdiyi halda alışa bilmədiyiniz hansı məqamlar var idi?
– Mən düşdüyüm mühitə rahat öyrəşirəm. Afrikada yaşamağıma baxmayaraq, evimdə Azərbaycan guşəsi yaratmışam. Evimizi milli ornametlərimizdən ibarət dekorasiyalarla bəzəmişəm. Azərbaycan çayı içir, mürəbbəsindən istifadə edirik. Evmizdə Azərbaycan yeməkləri bişir. Bəzən də oradakı dostlarımızı süfrə ətrafına yığır onlarla mədəniyyətimizi bölüşürəm.

 

– Bəs, Nigeriyada brendə çevrilən “Billurənin mətbəxi” restoranını necə yaratdınız?
-Nigeriyaya gəldiyim zaman yerli və xarici insanlar arasında gördüm ki, qeyri-hökumət təşkilatları var. Xeyriyyə təşkilatlarına qoşuldum. İnsanların Azərbaycan haqqında bilgilərinin azlığını hiss edəndən sonra, ilk olaraq könüllü olaraq xeyriyyə təşkilatlarında çalışmağa başladım. Nigeriyada Fransız təşkilatının prezidenti oldum. Düşündüm ki, insanları bizim yeməklərlə bağlı məlumatlandırmaq lazımdır. İllər öncə “Billurənin mətbəxi” adlı şirkət yaratdım. Yemək dərsləri verərək, Azərbayacnın yeməklərini tədris etdim. Bu, böyük bir nüfuz qazandı, hətta o həddə çatdı ki, Nigeriyanın məşhur tanınan aşpazların bizim milli yeməklərimizdən istifadə etməyə başladılar. Onlar Azərbaycan milli yeməklərini hazırlamağa və bunu tədris etməyə başladılar. Daha sonra ölkədəki layihələrdə tanınmış aşpaz və münsif heyəti kimi qatıldım. Onların beynəxalq kulinariya tədbirlərində dəvət olunmağa başladım. Beləliklə, Azərbaycan yeməkləri orada brendə çevrildi. Gün keçdikcə yeməklərimizin səsi-sədası Nigeriyaya yayılmağa, məşhurluq qazanmağa başladı. Daha sonra səfirliklər, şirkət rəhbərləri xüsusi yeməklərini, görüşlərini mənim şirkətimdən etmək istədiklərini bildirdilər. Biz də məmnuniyyətlə qəbul etdik. Beləcə, Azərbaycan mətbəxi Nigeri-yada məşhurluq qazandı. Afrikada yaşayan insanlar üçün qeyri-adi bir dad idi. Buradan əldə etdiyim gəliri “Azərbaycanın dostları” təşkilatınə yaratmağa xərclədim. Təşkilatın mahiyyəti Nigeriya ilə Azərbaycan arasında dostluq əlaqələrini inkişaf etdirmək və bu əlaqələri diplomatik səviyyəyə gətirib çatdırmaqdır. Bu iki ölkə arasında səfirlik və konsulluq olmadığına görə burada yaşayan azərbaycanlılar üçün çətinlik yaradır. Sənədlərlə bağlı kifayət qədər problem olur.

 

– Nigeriyada nə qədər azərbaycanlı yaşayır?
– Mən Nigeriyaya getdiyim zaman yeganə azərbaycanlı idim. Orada yaşadığım illər ərzində oraya saysız azərbaycanlılar gəlib- getdi. Yeni olaraq bir ailə gəlib , iş ilə bağlı Nigeriyaya gələcək olan insanlar əlaqə saxlayərlar. Paytaxt Abucada bizim azərbaycanlı xanım yaşayır. Ümid edirəm ki, əlaqələri daha da möhkəmləndirə bilsək iki ölkə arasında biznes, mədəni, turizm əlaqələri inkişaf edə bilər.

 

-Dünya Azərbaycanlılarının V Qurultayı ilə bağlı gəlmisiniz. Şuşada keçirilən bu qrultayı necə qiymətləndirirsiniz?
-Bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir yumruq və bir bayraq altında toplaşması üçün böyük bir şərait idi. Bu 9 ay müddətində Şuşaya ikinci səfərim idi. Ora dəvət almaq qürurvericidir. Şuşa bizim üçün müqəddəs bir məkandır. Təsəvvür edin ki, o torpağın üzərində gəzəndə belə biz kövrəlirdik. Çünki torpaqlarımızın işğaldan azad olunası üçün neçə -neçə qəhrəmanlarımız qazi və şəhid olublar. Torpağa ayaq basanda düşünürdük ki, görəsən, burada hansı vətən övladı şəhid olub, görəsən, bu ərazini necə azad ediblər. Bir sözlə, çox həyəcanlı anlar yaşadıq. Hər dəfə Şuşaya gedəndə bu həyəcanın bizimlə olacağına da şübhə etmirəm. Torpaqlarımız uğrunda canından keçən şəhidlər, sağlamlığından keçən qazilər, ordumuzda xidmət edən hər kəsin önündə baş əyirəm.

 

 

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanıb.

 

 

Xəyalə Rəis

Medianews.az

 

 

DAHA ÇOX OXU

1-MANŞET

İnsan ölümdən sonra BUNU EDİR – ŞOKEDİCİ MƏQAM

22/03/2023 10:07
1-MANŞET

Xəstəxanalarda QORXUNC TENDENSİYA BAŞLADI

22/03/2023 09:42
1-MANŞET

Dəhşətli HADİSƏ – ÇOX SAYDA İNSAN HƏLAK OLDU

22/03/2023 09:22
export

İyrənc hadisə: İş qadınını huşunu itirənə kimi döydü, daha sonra zorladı – FOTO

22/03/2023 08:24
Cəmiyyət

İlin ən kədərli günü AÇIQLANDI

22/03/2023 07:59
export

Diyetoloq: “Dəriyə yod sürtmək faydasızdır”

22/03/2023 07:49
SON XƏBƏR

Qəbiristanlıqdan əklil oğurlayıb dolanan xalq – İsgəndəryanın xam xəyalı

“Mənim elə işçim olsa, bir dəqiqə işdə saxlamaram” - Aqil Abbas sürücünü döyən məmurdan danışdı

MEDİA-da ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüş keçirilib

Xəbər lenti

İnsan ölümdən sonra BUNU EDİR – ŞOKEDİCİ MƏQAM

22/03/2023 10:07

Xəstəxanalarda QORXUNC TENDENSİYA BAŞLADI

22/03/2023 09:42

Dəhşətli HADİSƏ – ÇOX SAYDA İNSAN HƏLAK OLDU

22/03/2023 09:22

İyrənc hadisə: İş qadınını huşunu itirənə kimi döydü, daha sonra zorladı – FOTO

22/03/2023 08:24

İlin ən kədərli günü AÇIQLANDI

22/03/2023 07:59

Diyetoloq: “Dəriyə yod sürtmək faydasızdır”

22/03/2023 07:49

Təzə isti çörək yemək zərərlidir

22/03/2023 07:38

Səhər yeməyinə bunları yemək faydalıdır

22/03/2023 07:27

Rusiyada da zəlzələ oldu

22/03/2023 07:21

Həkimi Kirkorovun əməliyyatdan sonrakı görüntüsünü paylaşdı

22/03/2023 07:00

“Çox ağır günlər keçirirəm”

22/03/2023 06:40

FILE PHOTO: 3D printed natural gas pipes are placed on displayed EU and Russian flags in this illustration taken, January 31, 2022. REUTERS/Dado Ruvic/Illustration/File Photo

Avropa Rusiya qazı olmadan qışdan necə çıxdı?

22/03/2023 06:23

“Fənərbağça” prezidenti “Qalatasaray”dakı həmkarını debata çağırdı

22/03/2023 06:06

Zelenski G7 sammitində iştirak edəcək

22/03/2023 05:50

Özbəkistanda güclü zəlzələ baş verdi

21/03/2023 22:45

“Qızımı tapmaq üçün Xoşqədəmə müraciət etsəm kömək edər?” – Xalq artistinin oğlu – FOTO

21/03/2023 22:35

İldə iki dəfə yemək bişirir — Doğuşdan Xoşqədəmə

21/03/2023 22:20

Daha bir ölkədə 6,8 bal gücündə zəlzələ OLUB

21/03/2023 22:09

Toy mərasimindəki şouda gəlin həyatının ŞOKUNU YAŞADI – VİDEO

21/03/2023 22:03

Şizofreniya xəstəliyinin ƏLAMƏTLƏRİ

21/03/2023 21:44

Küçədə yaşlı kişinin sinəsindən bıçaqlayıb QAÇDI

21/03/2023 21:21

İrandan Azərbaycana qarşı təxribat — Hərbi təyyarələr yenə uçuşlar edir

21/03/2023 21:08

Dilarə mərhum “Toppuş bacı”nın qızı ilə… – FOTOLAR

21/03/2023 21:05

Rusiya raketləri Krımda MƏHV EDİLDİ

21/03/2023 21:01

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.