Bir neçə müddətdir ki, sosial şəbəkələrdə “Bolt” və “ Wolt” şirkətləri ilə çalışan kuryerlərin etiraz dalğası başlayıb.
Medianews.az saytı xəbər verir ki, onlar gördükləri işin müqabilində çox az məvacib əldə etdiklərini və son aylarda bu məbləğin daha da aşağı düşdüyünü bildirirlər.
Bu etiraz aksiyasına hətta sıravi vətəndaşlardan da qoşulanlar var. Belə ki, onlar həmin şirkətlərinin tətbiqini telefonlarından silməklə şirkətə qarşı etiraz nümayiş etdiriblər.
Qeyd edək ki, kuryerlərin aksiyası təkcə sosial şəbəkə üzərindən aparılmayıb və bu gün 14:00 radələrində bir qrup motosikletçi şəhərin mərkəzi küçələrində yürüş keçirib.
Leyla
Medianews.az