Rusiya-Azərbaycanın hökumətlərarası komissiyasının iclası aprelin 26-da Bakıda keçiriləcək.
Bunu “Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentin direktoru Denis Qonçar bildirib.
“İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın aprelin 26-da Bakıda keçiriləcək 20-ci yubiley iclasına hazırlıq tam sürətlə davam edir”, – diplomat deyib.
Onun sözlərinə görə, tərəflər ikitərəfli iqtisadi əməkdaşlığımızın bütün məsələlərini nəzərdən keçirəcəklər.
Qonçar xatırladıb ki, aprelin 20-21-də Rusiya Energetika Nazirliyi tərəfindən yanacaq-energetika məsələləri üzrə Azərbaycana növbəti rus biznes missiyası təşkil olunub.
Onun sözlərinə görə, bu, Azərbaycana üçüncü biznes missiyasıdır – ilk ikisi 2021-ci ilin iyul və noyabr aylarında baş tutub, bunun nəticəsində konkret razılaşmalar həyata keçirilir.
“Qarabağ ərazilərinin bərpasına yerli iqtisadi operatorların cəlb edilməsinə böyük əhəmiyyət veririk, bunu ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın stimullaşdırılmasında mühüm amil hesab edirik”, – Qonçar bildirib.