Çərşənbə axşamı, 28 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Maliyyə idarəsinin rəisi: “Şirkətə ayrılan 70 min manat Vilyam Hacıyevə çatıb”

XƏYALƏ
25/04/2022 14:16
2
BAXIŞ
FacebookTwitterTelegram

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər ifadə verib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Mirqayıb Sarıyev dindirilərkən bildirib ki, İmişli RİH-in Yaşıllaşdırma İdarəsinin rəisi vəzifəsində çalışıb.

O deyib ki, V.Hacıyevin tapşırığı ilə rayonun abadlaşdırılması üçün mütəmadi olaraq pullar yığılıb: “Mən də ümumilikdə 30 min manat pul vermişəm”.

Digər şahid Əhəd Vəliyev isə söyləyib ki, İmişli Rayon Mərkəzi Xəstəxanasının təsərrüfat şöbəsində işləyir. O deyib ki, gəlinini uşaq bağçasına işə düzəltmək üçün pul verib: “Rayonun Muradlı kənd icra nümayəndəsi Adil Kərimov dedi ki, 1500 manat verməliyəm. Mən də pulu təqdim etdim və gəlnimi işə düzəltdilər. Sonra mən maaşımdan ayda 100-150 manat verməklə Adilə 1 500 manat pul ödədim”.

Daha sonra şahid Emin Fərzəliyev dindirilib. O bildirib ki, hazırda İmişli Elektrik Şəbəkəsində mühəndis vəzifəsində çalışır: “O vaxt İmişli Rayon İcra Hakimiyyətində baş memar işləyirdim, tikintilərə nəzarət edirdim. “Elegant Grop” şirkəti şəhərdə abadlıq işləri aparırdı. Vilyam Hacıyev söylədi ki, ayrılan vəsait həmin şirkətə köçürülsün. Pulu köçürürdük, amma şirkət heç bir iş görmürdü. İşi biz görürdük, pul isə həmin şirkətə köçürülürdü”.

Sahibkar olan şahid Mayak Əşrəfov İmişlidə obyekt tikmək üçün RİH-nə 1 200 manat, təsərrüfatla məşğul olan Fuad Quluzadə isə torpaq sahəsi almaq üçün icra hakimiyyətinə 8 000 manat pul verdiyini deyib.

Məhkəmədə ifadə verən Rəhim Rəhimov bildirib ki, uzun müddət İmişli rayon maliyyə idarəsinin rəisi işləyib. Onun sözlərinə görə, pandemiya dövründə aztəminatlı ailələrə ayrılan vəsaitlərin mənimsənilməsi prosesində iştirak etməyib: “İdarələrin büdcəsi təstiqlənirdi, sonra bizə təqdim edilirdi. Biz isə həmin sənədləri yoxlayıb maliyyəni ayırırdıq. Mən sənəd imzalamasaydım, heç kimə pul ayrılmırdı”.

Hakim bildirib ki, R.Rəhimovun məhkəmə və ibtidai istintaq ifadələri arasında ziddiyyətlər var.

Belə ki, R.Rəhmanov ibtidai istintaqa verdiyi ifadəsində söyləyib ki, “Nepal” MMC-yə tikinti işləri üçün 183 min manat pul ayrılıb: “Həmin pulun 70 min manatını şirkət rəhbəri nağdlaşdıraraq mənə verdi. Mən isə həmin pulu Cəmil Musayevə təqdim etdim”.

Daha sonra şahid məhkəmədə təsdiqləyib ki, həmin məbləğ həqiqətən də Cəmil Musayevə verilib.

Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

DAHA ÇOX OXU

1-MANŞET

Xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər həbs ediliblər – VİDEO

27/03/2023 23:11
Cəmiyyət

Azərbaycanda bu tarixdə hava şəraiti kəskin dəyişəcək – Qış soyuğu düşəcək

27/03/2023 22:20
Cəmiyyət

Məşhur müğənninin avtomobilini oğurladılar – FOTO

27/03/2023 22:00
Cəmiyyət

AFFA “Qarabağ”ın futbolçusunu milliləşdirmək istəyir

27/03/2023 21:45
Cəmiyyət

İstanbulda akvakultura yoxlamasında “kriptik köpəkbalığı” ələ keçirildi

27/03/2023 21:30
Cəmiyyət

Səmada nadir hadisə: Ay Venera ilə yan-yana – VİDEO

27/03/2023 21:13
SON XƏBƏR

Şəbnəm Tovuzlunun pərəstişkarlarına BƏD XƏBƏR - VİDEO

Şüşə üzərində möcüzələr yaradan Gülçin: “İnsan özünü sıfırdan yarada bilər” - VİDEOMÜSAHİBƏ

Sabahdan Bakıda yeni marşrut xətti açılır

Xəbər lenti

“Dilarə Əliyeva qəbiristanlıqda qaynatasına dedi ki…”

28/03/2023 05:12

Xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər həbs ediliblər – VİDEO

27/03/2023 23:11

Azərbaycanda bu tarixdə hava şəraiti kəskin dəyişəcək – Qış soyuğu düşəcək

27/03/2023 22:20

Məşhur müğənninin avtomobilini oğurladılar – FOTO

27/03/2023 22:00

AFFA “Qarabağ”ın futbolçusunu milliləşdirmək istəyir

27/03/2023 21:45

İstanbulda akvakultura yoxlamasında “kriptik köpəkbalığı” ələ keçirildi

27/03/2023 21:30

Səmada nadir hadisə: Ay Venera ilə yan-yana – VİDEO

27/03/2023 21:13

Ticarət mərkəzində biabırçılıq: Qızlar əlbəyaxa oldu – VİDEO

27/03/2023 20:54

Hacı Nuranın köməkçisi aparıcının SON DURUMUNDAN DANIŞDI

27/03/2023 20:39

Polis bu uşaqla bağlı əhaliyə müraciət etdi – DİQQƏT!

27/03/2023 20:26

Yoldaşınnı və uşaqlarının üzərinə benzin tökərək özünü bıçaqlayan şəxs sərbəst buraxılıb

27/03/2023 20:13

Ərdoğan: “Narahat olmayın, bütün bunların öhdəsindən gələcəyik”

27/03/2023 19:59

“Moskva İrəvanın bu addımını qəbuledilməz hesab edir” – Rusiya XİN

27/03/2023 19:45

Süni intellekt aparıcılıq etdi – VİDEO

27/03/2023 19:36

İsrailin bu ölkələrdəki səfirlikləri fəaliyyətlərini dayandırdı

27/03/2023 19:21

Türkiyədə növbəti ZƏLZƏLƏ

27/03/2023 19:00

Həkimlərin maaşlarına əlavələrin müddəti uzadıldı

27/03/2023 18:33

Ramazan ayında ən çox verilən SUALLARA CAVABLAR

27/03/2023 18:18

Türkiyədən Fransaya ETİRAZ NOTASI – NƏ BAŞ VERİR?

27/03/2023 18:14

Azərbaycanlı müğənni qəfil dünyasını dəyişdi

27/03/2023 17:58

“Onu öldürüb sonra öləcəm…” – Tağı Əhmədovdan ƏSƏBİ REAKSİYA

27/03/2023 17:53

Müğənni aylıq 600 mini rədd etdi

27/03/2023 17:33

XƏBƏRDARLIQ! – Bu tarixdən hava kəskin dəyişir

27/03/2023 17:27

Xuraman Əlizadə: “Bəlkə heç Oqtay müəllim ölməyib?” – VİDEO

27/03/2023 17:22

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.