Mariupolda rus işğalçıları Ukrayna qüvvələrinin müdafiə etdiyi “Azovstal” zavoduna yenidən aviazərbələrə başlayıb.
Bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviçin Prezident Aparatının “Facebook” səhifəsində dərc olunan videomüraciəti zamanı deyilir.
“Ağır xəbərimiz var. O da budur ki, düşmən Azovstal bölgəsində Mariupol müdafiəçilərinin son müqavimətini yatırmağa çalışır və zavoda, qoşunlarımızın müdafiə zonasına hava zərbələri endirməyə davam edir. Hücum həyata keçirməyə çalışacaq”, – Arestoviç bildirib.