Şənbə, 1 Aprel 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Aprelin 3-də keçirilən imtahanların nəticələri açıqlandı

XƏYALƏ
23/04/2022 16:29
0
BAXIŞ
FacebookTwitterTelegram

 

 

Dövlət İmtahan Mərkəzi aprelin 3-də keçirilən bir neçə sahə üzrə imtahanların nəticələrini elan edib.

Mərkəzdən verilən məlumata görə, imtahan nəticələri saat 15:20-dən etibarən DİM saytına yerləşdirilib.

İmtahan növləri aşağıdakılardır:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən //eservices.dim.gov.az/2022/netbak1/ öyrənə bilərlər.

4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən //eservices.dim.gov.az/2022/netorta/ istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 26 128 nəfərdən 2 115 nəfər imtahana gəlməyib. 15 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

İmtahanda 1 nəfər – Akademik Zərifə Əliyeva adına liseyin 2018-ci il məzunu 290 bal toplayıb. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 4 may 2022-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 26-28 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

DAHA ÇOX OXU

1-MANŞET

Onlar hər mövzuya zarafatla yanaşır – BU BÜRCLƏRƏ DİQQƏT!

01/04/2023 12:51
1-MANŞET

Su içərkən DİQQƏT – BU XƏSTƏLİKLƏR..

01/04/2023 12:40
1-MANŞET

Zakir Həsənovdan İrana XƏBƏRDARLIQ

01/04/2023 12:27
1-MANŞET

Bəhram Bağırzadəyə DİN-də yüksək vəzifə verilib? – Özü açıqladı

01/04/2023 11:43
1-MANŞET

Laçınlılar bu xəbəri mütləq oxusun – VİDEO

01/04/2023 11:04
1-MANŞET

Şirvan sakinlərindən 50 min dollar alan FIRILDAQÇI KİMDİR? – FOTO

01/04/2023 09:54
SON XƏBƏR

Prezident “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair sənədi təsdiqləyib

Kılıçdaroğlunun borcu olduğu üçün işığını kəsdilər - FOTO

Ruslar yenidən "Azovstal”ı bombalamağa başladı

Xəbər lenti

Məşhur ulduz qızlarına nə üçün köhnə paltarını geyindirir?

01/04/2023 15:00

Azərbaycanda bu məhsulun satışı dayandırıldı – FOTO

01/04/2023 14:44

Azərbaycanda sabiq məhkəmə hakimi vəfat etdi- FOTO

01/04/2023 14:41

8 il sonra insanlar – Xərçəngə tutulmayacaqlar

01/04/2023 14:24

“Evlənəndə həyat yoldaşımı sevməmişəm”

01/04/2023 14:03

Bakı küçələrində dəniz effekti – VİDEO

01/04/2023 13:46

Konsert zamanı faciə – VİDEO

01/04/2023 13:23

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə həbs olundular – RƏSMİ

01/04/2023 13:10

Xalq artistinə bahalı bağ evi hədiyyə edildi – VİDEO

01/04/2023 13:00

Onlar hər mövzuya zarafatla yanaşır – BU BÜRCLƏRƏ DİQQƏT!

01/04/2023 12:51

Su içərkən DİQQƏT – BU XƏSTƏLİKLƏR..

01/04/2023 12:40

Zakir Həsənovdan İrana XƏBƏRDARLIQ

01/04/2023 12:27

Təranə Qumral qəzəbləndi: “RƏDD OL” – FOTO

01/04/2023 12:17

Nazirliyin idarə rəisi döyülüb?

01/04/2023 12:00

Bəhram Bağırzadəyə DİN-də yüksək vəzifə verilib? – Özü açıqladı

01/04/2023 11:43

Azərbaycanlı iş adamı QƏTLƏ YETİRİLDİ – DƏHŞƏT

01/04/2023 11:28

“Yolda məni görüb demişdi ki, adam 100 qram arağa görə elə arvadı boşayar?”

01/04/2023 11:19

Laçınlılar bu xəbəri mütləq oxusun – VİDEO

01/04/2023 11:04

Rayonun ən hündür yerindən özünü atdı – 9 SAAT SONRA … (VİDEO)

01/04/2023 10:52

Bahalı avtomobilindən ətrafa atəş açan şəxs KİMDİR ? – VİDEO

01/04/2023 10:32

Xatuna kim elçi düşüb? – VİDEO

01/04/2023 10:14

Şirvan sakinlərindən 50 min dollar alan FIRILDAQÇI KİMDİR? – FOTO

01/04/2023 09:54

Azərbaycandan qaçan qadın məmur BU ÖLKƏDƏ SAXLANILDI

01/04/2023 09:39

İran Fazil Mustafanı buna görə hədəf aldı – Saleh İldırım AÇIQLADI

01/04/2023 09:32

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.