Bakıda “Wolt” şirkətində çalışan kuryerlər etiraz aksiyası keçirir.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Belə ki, şirkətdə çalışan 100-dən artıq kuryer bu gün işə çıxmayıb.
Etiraza səbəb olaraq maaş artımının olmamasını göstərən kuryerlər şirkətin mobil tətbiqini dondurublar.
Məlumata görə, “Wolt” şirkəti artıq kuryerlərin bir çoxunu işdən çıxarıb. Şirkət maaş artımı tələb edən işçilərə hədə-qorxu gələrək işləmək istəyən, növbədə gözləyən yüzlərlə insanın olduğunu bildirib.