Bazar ertəsi, 20 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Trendləri alt-üst edən “İlahi”nin Nəzrini: “İlk saniyələrini Alim Qasımovdan eşitsəm…” – MÜSAHİBƏ

XƏYALƏ
21/04/2022 13:12
15
BAXIŞ
FacebookTwitterTelegram

Yaman röyalarda qeyb oldun,
Süni aləmə qərq oldun,
Sanki ruhun əsir oldu,
Canın sitəm oldu.

Qeyri-ixtiyari inansan,
Sanki daimi sən varsan,
Sanki mən – əbədi insan
Bunu belə zənn et!

Mən – İlahiyəm…
Elə zənn et!
Mən – İlahiyəm…
Elə zənn et!

Bu misraları tanımayan çox az sayda insan qalıb, desək, yalan olmaz. “İlahi” adlı mahnısı ilə qısa zamanda bütün trendləri alt-üst edən möhtəşəm səsin sahibi də bir o qədər maraqlıdır. Bu gün sizi “İlahi” mahnısının müəllifi, coğrafiya müəllimi və bəstəkar olan Nəzrin Vəlizadə ilə tanış edəcəyik.

Oxu.Az qısa zamanda iki milyona yaxın baxış toplayan “İlahi” adlı mahnının müəllifi Nəzrin Vəlizadə ilə söhbət edib:

– Oxucularımıza sizin barədə məlumatlar maraqlıdır. Bir az Nəzrin Vəlizadəni tanıyaq (yaşınız, doğum yeriniz, həyat tərzi, musiqi təhsiliniz və s.).

– Tam orta musiqi təhsilim (pianoçu) var. Coğrafiya və maliyyə üzrə ali təhsilim var. Həyat devizim – nə əkərsən, onu da biçərsən, nə etsən, özünə edərsən. Həyat tərzim – əşyalara minimalist, təəssüratlara maksimalistəm.

– İfa etdiyiniz mahnılarla milyonların qəlbini fəth etmisiniz. Coğrafiya müəllimi kimi şagirdlərinizi necə?

– Hər bir peşədə anlayışlı və səbirli davranış bizi sevdirər. Qəlbləri fəth etmək yox, anlamaq kifayətdir.

– İlk bəstəniz və ya ilk ifa etdiyiniz musiqi hansıdır?

– Hər kəs ilk bəstəmin “Sənlə olmaz ki” olduğunu düşünür, amma birinci bəstəmi doqquz yaşımda yazmışdım. Hələ də yadımdadır, həmin bəstə “Delfinlər” adlanır.

– Bu musiqilər kim(lər)əsə həsr olunur, yoxsa…?

– Bu bəstələr hekayələrdir, dünyəvi problemlərin izahıdır, hər kəs özünə həsr edildiyini düşünə bilər, lakin onlar mənim dünyamı əks etdirirlər. Əsərlərim mənim övladlarımdır.

 

– Gələk, son günlərin trendi olan, iki milyona yaxın baxış toplayan “İlahi” adlı mahnıya. Orda “Mən – İlahiyəm… Elə zənn et!” misraları musiqi ilə insanı bihuş etsə də, dinləyənləri həm də düşündürür. Sizin inanclı olub-olmadığınız da müzakirə mövzusuna çevrilib desək, yerinə düşər. Tam olaraq bu misralarla dinləyicilərinizə hansı fikri çatdırmaq istəmisiniz?

– Təəssüf ki, bir çoxları təkcə o ifadəyə fokuslanıb digər sözlərə fikir vermədilər, bəlkə də, dərk etsəydilər, orada bir sirrin yatdığını görərdilər. Səhv düşüncələrin formalaşması məni büdrətmir, çünki kiminsə yanlış düşünmə qabiliyyəti əsla mənim problemim deyil. Mahnını bədbin videoların üzərində istifadə etdikləri üçün neqativ enerji verməyə başladı. Buna mənim heç bir aidiyyətim yoxdur. Etiraf edim ki, bu cür olması onu daha da populyar etdi. Əlbəttə ki, yaxşı mahnı onsuz öz yerini tapır. Əslində isə pozitivdir, safdır, çox sadədir. Sadəcə gündəlik sözlərlə yox, ədəbi dildə yazıldığı üçün sözləri bilməyənlər anlamadıqlarını bildirirlər.

– “Könlüm qəmi neylər” mahnısını yeni aranjimanda ifa etmisiniz. Qarşıda başqa hansı mahnıların bu şəkildə, özünəməxsus tərzdə ifası gözlənilir?

– Qarşıda “Sevgili canan” mütləq olacaq. Hansı sıra ilə bilmirəm, amma 20-dən çox hazır mahnım var. Sadəcə analizlərim bitmir və hansı sıra ilə yayım edəcəyimi bilmirəm.

 

– Pərəstişkarlarınızın sosial şəbəkədə tez-tez sual verdiyi, gözlədiyi “Yarasa” mahnısı nə zaman işıq üzü görəcək?

– “Yarasa”nın diqqət çəkəcəyini gözləmirdim, mənə görə sıradan bir işdir. Cəmi iki mahnımı sıradan görmürəm. Bunlar “Leilam” və “Gəl evimə” adlı mahnılardır. Sonuncusu duet olacaq, heç vaxt tanınmayan biri ilə, ümidvaram xoş reaksiyalar olacaq.

– Ümumiyyətlə musiqi sözləri yazarkən əhvalınız buna təsir edir, yoxsa tam tərsi? Ümumiyyətlə, Nəzrin Vəlizadənin ilham mənbəyi nədir?

– Hər zaman deyirəm – iş görməyə hazırsansa, bunu həqiqətən sevirsənsə, ilham pərilərin sıraya düzüləcəklər. Mahnı yazarkən əhvalım stabil olmalıdır, mahnıda nəyi danışmaq istədiklərimi dərk etməliyəm, əks halda vərəqlər boşa gedir. Ən əsası isə ideyalarını qeyd etməkdir, bəzən yuxuya getmədən öncə möhtəşəm motivasiyalı və ideya dolu oluram, səhər oyandıqda isə hamısını unuduram. İlham mənbəyim yeniliklər öyrənməyimdir, yazarlar kitablar yazır, mən isə bəndlərə, nəqarətlərə mənalar yükləməyə çalışıram. İki bəndlə və bir nəqarətlə bütün hekayəni danışmalısan.

– Üzbəüz müsahibələrə çox zaman razılıq vermirsiniz, səsiniz kimi simanızın da çox məşhurlaşmasını istəməzdiniz?

– Sima olaraq özümü görünüşümlə təsdiqləməyi bacarmıram. Hər nə qədər fotogenik olsam da, bu mənə diskomfort verir. Səsimi tanıyırlar, simamı o qədər də yox, bu çox rahatdır. Son zamanlar daha çox tanımağa başlayıblar. Üzərimdəki baxışların sayı artıb. Bəzən isə təsadüfən haradasa mahnımı eşidirəm, mahnımı sevərək dinləyirlər, hətta məni müzakirə edirlər və mən onların yanında dayanmışam, lakin tanımırlar, bilmirlər. Bu çox böyük rahatlıq və sevinc hissi verir. Çünki bir daha əmin oluram ki, məni məhz musiqiçi kimi sevirlər, simanın önəmi yoxdur.

– Coğrafiya müəllimi və ifaçı kimi tərzləriniz, üslubunuz tam ayrı iki obrazı əhatə edir. Sizə çətin olmur ki? Hansı obraz daha rahat və Nəzrinin ruhuna daha çox xitab edir?

– Sakit, amma entuziazmlı, ideya dolu, amma qədərini bilən bir obrazım gerçək obrazdır. Mahnılarımda gördüyünüz incəlik, emosionallıq, həvəs və güclü ruh doğrudur. Müəllim kimi isə sərt obraz yaratmağa çalışıram, çünki nizam-intizam ən başdadır. Lakin sərtliyin əvəzinə dostluq gördüm, indiki dövrlə uyğunluq və enerji gördüm. Kreativ insanam və sistemə, çərçivələrə salınmaq məni çox sıxır. Müəllim kimi özümü bəyənirəm, çünki əla başa salmağı bacarıram, heç vaxt uşaqlarla çətin cümlələr qurmadım. Uşaqlara yazığım gəlir, biz onları sərt intizama salmağa çalışırıq. Bəli, nizam – azadlıqdır, amma ən gözəl intizam bir insana komfortlu şəraiti yaratmaq üçün verdiyin fürsətlərdir.

– Şəxsi həyat toxunulmazdır, amma pərəstişkarlarınız arasında sizə aşiq olanlar da az deyil. Eşq etirafı almısınızmı?

– “Səsinizə, mahnılarınıza aşiqəm” sözlərini nəinki qarşı cinsdən, həm də öz həmcinslərimdən də eşidirəm. Onlar mənim mahnılarımı sevirlər, yəni övladlarımı. Bu isə ən böyük eşqdir!

 

– Azərbaycan müğənnilərindən kimi özünüzə örnək bilirsiniz və kiminlə duet ifa etmək istərdiniz? Bəlkə də artıq sizə təkliflər gəlib?

– Təkliflər var, amma duetlər məni çox yorur. Heç nəyi bəyənməmək kimi bir xasiyyətim var və işlədiklərim mənim bu kaprizimi bilirlər. Öz bildiyimi etdirənədək əl çəkmirəm, nəticədə duet ortağının tərzini tam tərsinə çevirirəm. Yekun olaraq iş alınmır. Amma iki duet olacaq, tanınmayan xanımlarla. Sizə yenilik bəxş etmək istəyirəm. Operanı öz tərzimə qatmaq nə qədər ağıllı fikirdir bilmirəm, amma öhdəsindən gələrəm. Alim Qasımovun ifa etməsi qədər gözəl nə var? Dihajın maraqlı tərzi, Zülfiyyə Xanbabayevanın tembri, Sevda Ələkbərzadənin eksperimentləri və daha nələr-nələr. Hər biri fərqli rəngdədir. “İlahi” mahnısının ilk saniyələrini bir gün Alim Qasımovdan eşidə bilsəm, ali arzumun biri də çin olar. Siz bunu təsəvvür edirsiniz?

Ümid edirik ki, istər həyatda, istərsə də karyeranızda ürəkdən dilədiyiniz bütün arzularınıza çatasınız…

– Bəzən musiqilərinizə klip çəkməməyiniz, foto ilə yayımlamanızı maliyyə məsələsi ilə bağlayırlar. Bu doğurdan belədir, yoxsa başqa səbəb var?

– Kliplərə maliyyə çox lazımdır, amma mənim prioritetim mahnı olduğu üçün klip əvəzinə keyfiyyətli mahnı çıxarmağı üstün bilirəm. Klip çəkdirmək üçün çox vaxt, hazırlıq lazımdır, heç marağım yoxdur, çünki bilirəm ki, etmək istəsəm gərək sadə olmasın. Bir dəfə bu təcrübəni yaşadım və heç mənə uyğun olmadığını anladım.

– Sevilən müğənni Nəzrin Vəlizadə yarım qalan misraları belə tamamladı:

– Peşmanam ki…

– Mahnılarımı daha əvvəl paylaşmaq üçün cəsarətim olmadı.

– Seviləsi qadın olmağın əsas sirri…

– Seviləsi qadın olmağın əsas sirri özünü sevə bilmək üçün yaratdığın imkanlar və ana tərəfindən sevgidir.

– Prinsiplərimin üstündən o zaman xətt çəkmişəm ki…

– O zaman xətt çəkmişəm ki, sevdiklərim ziyan görməsin.

– Mənə qarşı edilən ən böyük ədalətsizlik o olub ki…

– Mənə qarşı edilən ən böyük ədalətsizlik mənim üzümə doğrunu deməməkdir.

– Dünyanı dəyişmək imkanım olsaydı…

– “İlahi” mahnımı yazardım.

– Küsülü olduğum insana demək istəyirəm ki…

– Mən heç kimdən küsməmişəm, “önəmsiz keçmiş zaman, dəyərli gələn günlər”.

– Nəzrin xanım, müsahibəyə razılıq verdiyiniz və zaman ayırdığınız üçün təşəkkür edirik.

– Təşəkkürlər.

 

DAHA ÇOX OXU

export

Niyam Aynur Dadaşovanı yıxıb-sürüdü: “Əfi ilan saxlamışam”

20/03/2023 10:34
export

İncəsənət Gimnaziyasının şagirdləri İçərişəhərdə bayram konsertində çıxış ediblər

20/03/2023 08:38
export

Balakəndə 16 yaşında ərə gedən qız qonşu kişilylə gəzdi, həyat yoldaşı… – Şok təfərrüat

19/03/2023 18:47
export

Əri ölən qadın yad kişilərlə əyləndi, bunları görən qaynı oğlu isə… – Hacıqabulda şok

19/03/2023 18:45
1-MANŞET

“Rəşadı tanımağa dəyər…” – Vəkili Rəşad Dağlıdan yazdı

19/03/2023 18:25
Analiz

Metro istifadəçilərinin NƏZƏRİNƏ: martın 22-nə qədər…

19/03/2023 17:27
SON XƏBƏR

Əfqanıstanda məsciddə partlayış baş verib

Qədr gecələri hansı günlərdir? - Açıqlama

Azərbaycanda tələbə qız intihar etdi

Xəbər lenti

Ayvalıkda günəş qəbul edən suitilər göründü – VİDEO

20/03/2023 16:35

2023-cü il seçkilərində prezidentliyə namizədlər – SİYAHI

20/03/2023 16:15

Mərmərə dənizində DƏHŞƏTLİ HADİSƏ

20/03/2023 15:50

Qadın əvvəl zəhər içdi, sonra özünü yandırdı, əri isə… – Azərbaycanda dəhşətli hadisə

20/03/2023 15:30

Qayınatanın yataq otağında gəlininə şok təklifi: “Ya boşan, ya da…” – Təfərrüat

20/03/2023 15:11

Məzənnə DƏYİŞİR? – VACİB AÇIQLAMA

20/03/2023 14:51

Bakıda bu şəxslərə qarşı XÜSUSİ ƏMƏLİYYAT – SAXLANILDILAR

20/03/2023 14:39

2007-ci ildə istehsal edilən İPhone-nun satış qiyməti HAMINI HEYRƏTLƏNDİRDİ -50 mindən BAHA..

20/03/2023 13:59

Sabiq icra başçısının qardaşı oğlu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

20/03/2023 13:17

AzTV VƏ DİL KOMİSSİYASI KOBUD SƏHV BURAXDI – FAKT

20/03/2023 12:23

Azərbaycanda DƏHŞƏT – Qadın anasını BELƏ ÖLDÜRDÜ

20/03/2023 11:41

Bu bürcün sahibləri ƏN AĞILLI İMİŞ

20/03/2023 10:54

Niyam Aynur Dadaşovanı yıxıb-sürüdü: “Əfi ilan saxlamışam”

20/03/2023 10:34

Hərbi Helikopter yerə ÇIRPILDI, ÖLƏNLƏR VAR

20/03/2023 10:03

Ermənistandan NÖVBƏTİ TƏXRİBAT

20/03/2023 09:28

Azərbaycanda yenidən devalvasiya TƏHLÜKƏSİ…

20/03/2023 09:24

Seçkilər ləğv edildi, keçmiş deputatlar parlamentə qayıtdılar – ŞOK QƏRAR

20/03/2023 09:20

Putinin bu hərəkəti TƏNQİD OLUNDU – Ona “OĞRU” DEDİLƏR

20/03/2023 09:08

Azərbaycanda tələbə dekan müavini təyin olundu

20/03/2023 08:45

İncəsənət Gimnaziyasının şagirdləri İçərişəhərdə bayram konsertində çıxış ediblər

20/03/2023 08:38

ABŞ dronunu vuran Rusiya qırıcısı “Bayraktar”la bacarmadı – VİDEO

20/03/2023 06:46

Bu ölkədə gecə klubları və masaj salonlarının fəaliyyəti qadağan edildi

20/03/2023 06:22

Polşanın Fransadakı səfiri: Ukrayna məğlub olarsa…

20/03/2023 06:00

Pakistanın sabiq baş naziri terrorizmdə ittiham olundu

20/03/2023 05:33

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.