Aprel ayının 2-dən etibarən müqəddəs Ramazan ayı başlayıb. Bəs bu ay qədr gecələri hansı tarixlərə təsadüf edir?
Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Ağaseyid Yaqubov bildirib ki, qədr gecələri Ramazan ayının 19-21-23-cü gecələrinə düşür:
“Bu gecələrdə Qurani-Kərim nazil olub. Allah-Təala bu qədr gecəsini min aydan xeyirli hesab edir. Bu da təqribən 84 il ibadət savabı deməkdir. Qədr gecəsi üçün müəyyən olunmuş müstəhəb, bəyənilən əməllər varr. Qədr gecəsi axşamçağı qüsl almaq,namaz qılmaq, tövbə zikrini ( əstəğfirullahə Rəbbi və ətubu ileyh) 70 dəfə demək”.
Onun sözlərinə görə, bu il qədr gecələri 19, 21, 23 aprel tarixlərinə təsadüf edir: “Bu günlərdə Quranı açıb Allaha dua etmək və müqəddəs Qurana xatır duaların, hacətlərin qəbul olunması üçün Quranı başa qoyub Allaha öz adına and verilir. Qədr gecələri Məhəmməd peyğəmbər və onun pak əhli-beytinin ardıcılları olan imamların adına ad verib istək və dualarını diləməkdir”.