Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə milli komandası Türkiyəyə yola düşüb.
Komtiədən verilən məlumata görə 20-25 aprel 2022-ci il tarixlərində Antalyada keçiriləcək Qran-pridə 10-u kişi, 5-i qadın olmaqla ümumilikdə 15 idmançı ilə təmsil ediləcək.
Aprelin 20-dən 22-dək idmançılar üçün beynəlxalq həkimlərin iştirakı ilə göz tibbi təsnifatı keçiriləcək, yarışlar isə 23-25 aprel tarixlərində baş tutacaq.