“İndi tamaşaçılar üçün serialların hansı dövlətə məxsus olmasının çox az fərqi var. Əsas odur ki, maraqlı serial olsun. Hazırda türklər də bizim seriallarımıza baxırlar”
Bu sözləri Əməkdar Mədəniyyət işçisi, rejissor Ramin Hacıyev Medianews.az-a açıqlamasında bildirib. Qeyd edib ki, serial çəkmək müştərək işdir, baxımlı layihə təqdim etmək üçün komandanın peşəkarlardan ibarət olması vacib məqamlardandır:
“Telekanal üçün hansı serial daha münasib, yəni ucuzdursa onu da yayımlayır. Tamaşaçı üçün isə ən maraqlısı özünə yaxın olan serialın süjetidir.
Ümumilikdə isə industriya inkişaf etməlidir. Hər sahə ayrı ayrılıqda nə qədər inkişaf etsə də önəmi olmayacaq. Film, serial işi müştərək işdir. Yaxşı iş ərsəyə gətirmək üçün bütün sadaladıqlarınızın işləri yaxşı olmalıdır. Ola bilər yaxşı büdcən olsun, ancaq ssenarin zəif olsun və sair. Ona görə də bütün işçi heyyəti mükəmməl iş çıxarmaq üçün peşəkakar komanda və yaxşı maliyyə olmalıdır”.
Medianews.az