Müğənni Şəbnəm Tovuzlu özünə yeni biznes qurub.
İfaçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O paytaxtda yeni geyim dükanı və gözəllik salonu açdığını bildirib.
Belə ki, obyektin 1-ci mərtəbəsi qadınlar üçün geyim, 2-ci mərtəbəsi isə gözəllik salonudur. Şəbnəmin geyim dükanının açılışına şou-biznesin bir çox tanınmış simaları gəlib və ona xeyir-dualarını veriblər.
Qeyd edək ki, açılışa Elnarə Abdullayeva, Manaf Ağayev və bir çox məşhurlar qatılıb.
Manaf Ağayev Şəbnəmə öz dəstək sözlərini deyib və gül çələngi hədiyyə edərək öz jestini edib.