Ortomolekulyar tibb üzrə mütəxəssis Marina Kumerina yaz aylarında portağal yeməyin faydalı olduğunu bildirib. Mütəxəssisin fikrincə, mart və aprel ayları sitrus meyvələrini yemək üçün ən yaxşı vaxtdır.
Həkim bu barədə “5-tv.ru”ya danışıb.
“Portağal orqanizmdə immun sistemimizə cavabdeh olan, bizi zərərli virus və bakteriyalardan qoruyan A vitamininə çevrilən beta-karotinlə zəngindir. Bundan əlavə, portağalda çoxlu miqdarda C vitamini var ki, bu da orqanizmi qoruyur, həmçinin immun sistemimiz və kollagenin istehsalında, dərinin və selikli qişaların vəziyyətinin yaxşılaşdırılmasında iştirak edir”, – Kumerina bildirib.
Mütəxəssis vurğulayıb ki, B vitamini sinir sisteminə xüsusilə yaxşı təsir göstərir, petkin isə orqanizmi təmizləməyə kömək edir. Həmçinin təzə portağal fitonsidlər, antioksidantlar və bioflavonoidlərlə zəngindir ki, bu da əsas faydalarından əlavə, əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir. Mütəxəssis məsləhət görür ki, portağal təzə və ya smuzi şəklində istifadə edilsin. Eyni zamanda şirələrdən imtina etmək daha yaxşıdır, çünki tərkibində lif yoxdur.