“Dünya ölkələri bir yana, artıq qonşu ölkələrin də heç birində maska qadağası qalmayıb. Bu ölkələrdə nə maska qadağası, nə də maskadan istifadə edən var”.
Bu sözləri həkim-farmakoloq, Uluslararası Complete-Pharma Europe əczaçılıq şirkətinin export departamentinin direktoru Müşfiq Hüseynov Medianews.az saytına açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, maska qadağasının hələ də qalması heç bir məntiqə sığan məsələ deyil.
“Bir neçə gün əvvəl Park Bulvarda oldum. Buraya daxil olan zaman qapıda göz ucu covid pasportuna baxdılar. Amma içəridə nə maska taxan var, nə maskanın taxılmasına nəzarət edənlər. Dünən Park Bulvarda bloger Hüseyn Həsənovla görüş və həmin stuasiya bir daha bunu göstərdi. Vəziyyəti tamamən komediyaya döndərdilər. Bunun sacədə bir izahı var. O da “son anda nə qədər çox insanı cərimələsən, o qədər yaxşıdır” prinsipidir.Marketlərin özün də də işçilər, kassirlər maskadan istifadə etmirlər. Ən yaxşı halda isə burunlarının altında saxlayırlar. Axı bunun nə mənası var? Bu, özümüzü aldatmaqdan başqa bir şey deyil.
Virus artıq bitib. Qapıları açmaq, covid pasportları ləğv etmək lazımdır. Artıq 3 il tamam oldu. Bundan o tərəfə uzatmağın mənası yoxdur”,-deyə həkim-farmakoloq bildirib.
Leyla
Medianews.az