Rusiya-Ukrayna müharibəsinin 52-ci gününə girərkən rus əsgərlərinin işğalı altında olan ölkədə müxtəlif insan faciələri yaşanmaqda davam edir. 83 yaşlı Vera adlı ukraynalı qadın CBS telekanalına müsahibəsində kəndi ruslar tərəfindən işğal edildikdən sonra başına gələnləri danışıb.
Mediaews.az xəbər verir ki, yaşlı qadın yaşadığı dəhşəti jurnalistlərə danışıb.
“Boynumdan tutdu, boğulmağa başladım və nəfəs almaqda çətinlik çəkdim. Məni zorladı. Ona mən sənin anan yaşındayam, nə etdiyinin fərqidəsənmi deyə soruşdum. Həmin an ölməyi istədim”, – deyə 83 yaşlı qadın bildirib.
Hadisə baş verən gün həyat yoldaşının evdə olduğunu deyən qadın bu faciəni unutmaq üçün xeyli zaman lazım olduğunu da vurğulayıb.
Turan Oruc
Medianews.az