Bazar, 28 May 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Nunu” ləqəbli “trans” niyə öldürülüb? –“Videomu çəkmişdi…”

TURAN
12/04/2022 10:53
4
BAXIŞ
FacebookTwitterTelegram

Bakıda cinsi azlığın nümayəndəsi Əhəd Nuriyevi öldürməkdə təqsirləndirilən Mirşahid Mehdiyevin cinayət işi üzrə məhkəmyə verdiyi ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, o, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 120.1-ci (Qadın adam öldürmə) maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

M.Mehdiyev ifadəsində göstərib ki, 2021-ci ilin iyul ayının ortalarında Bakı şəhərində olarkən 20 yanvar dairəsinin ətrafında “Kia Rio” markalı avtomobildə iki nəfər qızın oturduğunu görüb.

Onun sözlərinə görə, həmin vaxt xanım zənn etdiyi şəxslərə yaxınlaşıb tanış olmaq istəyib: “İdarə etdiyim “Lexus” markalı avtomobilimdən düşmədim. Maşınımı sonradan ləqəbini “Nunu” bildiyim şəxsin idarə etdiyi avtomobilin yanında saxladım. “Nunu” qara saçlı, yanındakı qız isə sarı saçlı idi. Mənimlə əvvəl sarı saçlı qız söhbət etdi. Həmin şəxs mənə tanış ola biləcəklərini, amma 100 manat məbləğində pul müqabilində görüşdüklərini dedi. Bundan sonra o, xanım zənn etdiyim şəxslərə xəbər edəcəyini bildirdi. Avtomobilimi bir az qarşıya sürdüm. Əvvəldən tanıdığım başqa qızlara zəng etdim. Həmin vaxt gecə təxminən saat 2 radələri idi. Qızla görüşə bilmədiyim üçün yenidən həmin “Kia Rio”dakı şəxslərdən qara saçlı ilə görüşmək istədiyimi dedim. Bundan sonra “Nunu” avtomobilini rahat bir yerdə saxladı, sarı saçlı qız isə başqa maşına tərəf getdi. “Nunu” gəlib avtomobilimdə yanımda oturdu. Maşında yaxından tanış olduq, ona adımın Mirşahid olduğunu söylədim. Bildirdi ki, adım uzun olduğu üçün telefonuna “Miron” kimi qeyd edəcək. Yolda olarkən maşında xarici musiqi qoşdum. “Nunu” musiqinin səsini artıraraq öz mobil telefonu ilə əli ilə mahnıya uyğun hərəkətlər edib, video və şəkil etməyə başladı. Həmin videonu çəkərkən məni də kadrlara saldı. Ona video çəkməməsini və evli olduğumu qeyd etdim. Razılaşdıq, sonra çəkmədi. Restorana çatanda o, mənimlə kişi səsi ilə danışdı. Həmin şəxsin cinsi azlıq nümayəndəsi olduğunu başa düşdüm. “Nunu”nun maşından düşüb getməsini dedim, etiraz etdi, polisə şikayət edəcəyini, videogörüntünü yayacağını bildirdi. Sonra o, 100 manat pul verməyimi və 20 yanvar dairəsi yaxınlığında onu düşürməyimi istədi. Razılaşdım, “Nunu”nun dediyini etdim. Lakin onun mobil telefon nömrəsini götürmədim. Bundan sonra qaldığım mehmanxanaya qayıtdım, oturub fikirləşəndə videonun yayılmasından narahat oldum. Rusiyada kriminal aləmdə hörmətim var. Bir sözlə, cinsi azlıq nümayəndəsi ilə videogörüntümün yayılmasından narahat keçirdim. Ardınca internetdə “Nunu” haqqında axtarış apardım. Onun internetdə gəlinlik paltarında videogörüntüsü yayılmışdı. Qeyd olunan videogörüntüdə olan şərhlərə baxdıqda “Nunu”nun Ağdam rayonundan olduğunu bildim. Bundan sonra isə bütün tanıdığım şəxslərə “Nunu”nu axtardığımı bildirdim. Sonra onu tapıb nömrəsini aldım, vatsap vasitəsi ilə “Nunu” ilə mütəmadi əlaqə saxladım. Onunla danışanda videogörüntünü silməyini bildirdim. Buna görə məndən pul istədi, 300 manatı onun bank hesabına köçürdüm. Yenə də videogörüntünü silmədi”.

M.Mehdiyev ifadəsində vurğulayıb ki, Ə.Nuriyev yenə onu şantaj etməyə davam edib: “Mənə zəng etdikdə isə problem yaranmaması üçün mülayim danışırdım. Daha sonra o, məndən 200 və 100 manat məbləğində pul istədi. Yenə həmin pulları “Nunu”nun kart hesabına göndərdim. Mənə bildirdi ki, plastik sinə böyütmə əməliyyatı etdirmək istəyir. Pulları da məndən həmin məqsədlə alır. 16 avqust 2021-ci il tarixdə axşam saatlarında “Nunu” ilə görüşüb Gəncə şəhəri istiqamətinə getdik. Gəncəyə çatdıqdan sonra oturmağa yer tapmadıq. Yolda olarkən avtomobilimi özüm idarə etdim. Göygöl rayonunda onunla birlikdə 1-2 saat gəzdik, bundan sonra isə geri – Bakıya qayıtdıq. Yolda isə yorğun olduğumdan avtomobilimi idarə etməsi üçün “Nunu”ya verdim, özüm də arxa oturacaqda uzanıb yatdım. Bakıya qayıdanda da “Nunu”ya şəxsən 400 manat məbləğində pul verdim, lakin o, yenə videogörüntünü silmədi. 17 avqust 2021-ci il tarixdə saat təxminən 21-22 radələrində yenə danışıb görüşərək Xaçmaz rayonuna getdik. Həmin görüşdən əvvəl “Nunu” mənə gözümün qabağında videogörüntünü siləcəyinə vəd etdi. Bu səbəbdən onu Xırdalan şəhərindən götürüb Xaçmaza yola düşdük. Orada bir-iki nəfər – adları yadımda qalmayan şəxslərlə maşın almaq üçün görüşdük, lakin razılaşma əldə olunmadı. Bakıya qayıdanda videogörüntünü yenə də silmədi, pul istədi. “Nunu” mənə həkimlə danışdığını və 1-2 gün içində əməliyyata girib sinə böyütmə əməliyyatı etdirəcəyini dedi. Həmin vaxt cibimdə 2 000 manat pul var idi. O, videogörüntünü silsəydi, həmin pulu verəcəkdim. Lakin “Nunu” artıq mənə cinsiyyət orqanını da dəyişmək istədiyini və bu səbəbdən əlavə də 10 000 manat məbləğində pul lazım olduğunu bildirdi. Artıq ona əsəbiləşdim. “Nunu”ya videogörüntünü sildirə bilməyəcəyini başa düşdüm. Qobu qəsəbəsi istiqamətində olarkən yol kənarında yarım tikili olduğunu gördüm. Avtomobilimdən düşüb daşın üzərində oturaraq fikirləşməyə başladım. “Nunu” da ardımca maşında düşüb yanıma gəldi. Yenə ona 2 000 manat pul verə biləcəyimi dedim. lakin “Nunu” mənə 2 000 manat puldan sonra 10 000 manat da verəcəyim təqdirdə videogörüntünü yaymayacağını söylədi. Bu zaman aramızda mübahisə yarandı”.

O, ifadəsinin davamında Ə.Nuriyevi necə qətlə yetirdiyini söyləyib: “18 avqust 2021-ci il tarixdə saat 06 radələrində mübahisə başlayarkən “Nunu” söyüş işlətdi. Mübahisə zəminində o, videogörüntünü silməyəcəyini və məni şantaj edərək pul istəməyə davam edəcəyini artıq başa düşdüm. Sonra onu öldürmək qərarına gəldim. Ardınca “Nunu” mənim üstümə gəlib üzümə şillə ilə vurdu. Hətta üzümdə nazik cızıq da yarandı. Mən də dərhal “Nunu”nun xaya nahiyəsindən bir dəfə təpik zərbəsi vurdum. O, məndən boyca hündür idi, zərbəni vurduqdan sonra “Nunu” əyildi. O, telefonunu ələ keçirmək üçün çantasını götürmək istəyəndə onun bel nahiyəsinə bir dəfə təpik zərbəsi vurdum. Zərbə nəticəsində yerə yıxıldı, həmin vaxt da “Nunu” xaya nahiyəsindən dəymiş zərbəyə görə yenə çökmüş vəziyyətdə qaldı. Bu zaman o, üzərində olan çantadan bıçaq çıxardı. “Nunu” üzərimə təkrar hücum edəndə artıq bıçaq açıq vəziyyətdə idi. Onun əlini burub bıçağı əlindən aldım. Bıçağı əlindən alarkən “Nunu” dartınırdı və təkrar yerə yıxıldı. Həmin bıçaqla onun bel və kürək nahiyələrinə dayanmadan çox sayda bıçaq zərbələri endirdim. “Nunu”nun tam yerə yıxıldığını gördükdə əlimi saxladım. Ona 9 dəfə bıçaq zərbəsi vurdum. Sonra hadisə yerindən uzaqlaşdım. Bundan sonra onun əşyalarını götürdüm. Ərazidən gedərək “Nunu”nun əşyalarını yandırdım, bıçaqla onun mobil telefonunu isə dənizə atdım, özüm isə mehmanxanaya qayıtdım”.

Qeyd: Ə.Nuriyev 2017-ci ildə evlənib, bir oğlu dünyaya gəlib, daha sonra həyat yoldaşından boşanıb. O, 2014-cü ildə soyğunçuluq cinayətinə görə tutulub, sonra məhkəmə ona bəraət verib və azadlığa buraxılıb. Ə.Nuriyev əvvəllər taksi fəaliyyəti ilə məşğul olub.

Qətl də təqsirləndirilən M.Mehdiyev də ailəli olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mehdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

DAHA ÇOX OXU

export

Kılıçdaroğlu da səs verdi

28/05/2023 14:18
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANDI

28/05/2023 13:55
1-MANŞET

İlham Əliyevdən Qarabağ ermənilərinə XƏBƏRDARLIQ

28/05/2023 13:45
1-MANŞET

XİN: “Ermənistan əsirləri geri qaytarmalıdır”

28/05/2023 13:30
Cəmiyyət

Azərbaycanda bu şəxs yüksək vəzifəsindən AZAD EDİLDİ

28/05/2023 13:15
1-MANŞET

Türkiyədə prezident seçkisində son durum – İlk açıqlama

28/05/2023 13:05
SON XƏBƏR

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Azərbaycanda xanım deputat bir vəzifəsindən istefa verdi

Yeni Zelandiyadan Ukraynaya DƏSTƏK

Xəbər lenti

Prezident Laçından ermənilərə səsləndi

28/05/2023 14:36

Kılıçdaroğlu da səs verdi

28/05/2023 14:18

Ərdoğan səs verdi

28/05/2023 14:02

Sabahın hava proqnozu AÇIQLANDI

28/05/2023 13:55

İlham Əliyevdən Qarabağ ermənilərinə XƏBƏRDARLIQ

28/05/2023 13:45

XİN: “Ermənistan əsirləri geri qaytarmalıdır”

28/05/2023 13:30

Azərbaycanda bu şəxs yüksək vəzifəsindən AZAD EDİLDİ

28/05/2023 13:15

Türkiyədə prezident seçkisində son durum – İlk açıqlama

28/05/2023 13:05

Paytaxt sakinlərini gözləyən təhlükə: Cavabdeh kimdir? – ARAŞDIRMA

28/05/2023 12:50

Bütün dünyaya dərs verdik – Çavuşoğlu

28/05/2023 12:35

SON DƏQİQƏ : Bu ölkə İrana müharibə ELAN ETDİ

28/05/2023 12:22

Güney Azərbaycan su altında qaldı – ACINACAQLI VƏZİYYƏT

28/05/2023 12:07

Laçınlılara şad xəbər: BU TARİXDƏ..

28/05/2023 11:48

“Allah məni cəzalandırsa da onu bağışlamayacağam” – Zaur

28/05/2023 11:28

Hərbi qulluqçunun yaralandığı Gədəbəydəki kütləvi dava ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

28/05/2023 11:19

Elçiliyin qurbanı olan Vüsal İlhamlı necə qətlə yetirilib? – TƏFƏRRÜAT – VİDEO

28/05/2023 11:04

17 yaşlı qız ad günündə itkin düşdü

28/05/2023 10:45

Məşhur astroloq: “2023-cü ildə iki bürc pul içində üzəcək”

28/05/2023 10:35

Lalə Azərtaş görün nə qədər qrant qazandı – MƏBLƏĞ

28/05/2023 10:14

15 milyon COVİD-19 peyvəndi MƏHV EDİLƏCƏK

28/05/2023 09:58

Maşında bomba partladı, təhlükəsizlik işçiləri öldü

28/05/2023 09:40

Nazpəri Röya və Zülfiyyənin ifasını tənqid etdi

28/05/2023 09:29

Türkiyədə prezident seçkilərinin ikinci turu başlayıb

28/05/2023 09:15

TƏCİLİ: Azərbaycanda kütləvi dava olub, ÖLƏN VƏ YARALANANLAR var

28/05/2023 08:53

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.