Cümə axşamı, 30 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Mir Şahin Ağayevə açıq məktub” – Yazıçıdan cavab…

XƏYALƏ
12/04/2022 17:42
0
BAXIŞ
FacebookTwitterTelegram

 

Fərid Hüseyn Kulis.az -a  “Mir Şahin Ağayevə açıq məktub” adlı yazı təqdim edib.

Hörmətli Mir Şahin müəllim!

Aparıcısı olduğunuz “Mir Şahinin vaxtı” adlı analitik proqramın budəfəki buraxılışında sənət və söz adamlarına xitabən səsləndirdiyiniz fikirləri dinlədim. Haqsız mövqedə olduğunuza görə sizi qınamaq fikrində deyiləm, ancaq gümanım budur ki, rəhbər vəzifədə olduğunuza, aktiv jurnalistik fəaliyyətinizə görə ədəbiyyatımızı lazımınca izləyə bilməyibsiniz.

Bulvarda soyqırımı haqda filmlər göstərilir
“Kurtlar vadisi”nin aktyoru vəfat etdi
Aqil Abbasın nəməri, saraydan qovulan Kəramət Böyükçöl, əsəbiləşən Afət Fərmanqızı – Orxan Pamukun toyundan reportaj
Ədəbiyyat sizin və mənim “gözlərimizə sığacaq qədər” deyil deyə nəzərlərimizdən və diqqətimizdən kənarda nələrinsə qalması mümkündür. Buna görə sizin ədəbiyyatımıza yönəlik iradınızı haqlı hesab etməsəm də, anlayışla qarşılayıram.

Müharibə bir ildən artıqdır bitib, amma yazılan və ortaya qoyulan ədəbi əsərlər həddən artıq çoxdur. Siz elə düşünməyin ki, yazarlar Vətənimizə, qələbəmizə biganədir. Fəqət nədənsə danlaq çəkən də elə həmişə ədəbiyyatdır. Ya zəlzələdən, ya vəlvələdən reallığımız budur. Şüuraltı olaraq ədəbiyyatdan daha çox şey umuruq. Elə düşünməyin ki, az yazan şair, yazıçı, Vətəni çox danışan jurnalistdən az sevir. Sevgi oyuncağa, əllərdə alətə çevrilməsin deyə Tanrı onu maddi olaraq yaratmayıb.

İcazənizlə mövcud reallığı sizə təqdim etmək istəyirəm.

Dövri mətbuat orqanları əksərən bədii mətnlərə qonorar vermir, yaxud acizlik nişanəsi sayılacaq həddə pul ödəyirlər, əksər bədii kitablar min bir məhdudiyyətlər hesabına çap olunur. Yazarların bəziləri hər zəhmətə qatlaşırlar ki, təki gecəni səhərə qovuşdursunlar, birtəhər dolansınlar. Amma buna baxmayaraq daim yazıb-yaradırlar. Əlbəttə, bu problemləri sadalamaqla Vətəni pul müqabilində tərənnüm etməyin doğruluğunu nəzərdə tutmuram. Hərçənd ki, sizin örnək gətirdiyiniz Sovet dövründə yazıçıya az qala nəfəs almasına görə də qonorar ödəyirdilər. Yazarlar hər əsərə görə heç maddiyat da ummurlar, amma çoxları yazdığını çap etdirməyə də imkan, ünvan tapmır. İndi cəmiyyətimizdə də, bəzən ədəbiyyata və mədəniyyətə məsul vəzifələri bəzi şəxslərdə də XXI əsrin əsas xəstəliklərindən sayılan diqqət dağınıqlığı var. Çaşqın, sağa-sola axan gözləri daha eyni eynəyin altında bir nöqtəyə baxmağa məhkum etmək olmur. Nədənsə hamı müstəqilliyi sevir, amma tələb etmək marağı güc gələndə sovet dövrü örnəyimiz olur. Bu paradoksa xahiş edirəm ki, siz də fikir verin. Bu məntiqdən belə çıxırmı ki, müstəqillik məsuliyyətsizlikdir? Biz sovet dövrünü təftiş etməkdənsə, sovet dövrü ilə təftiş edirik…

Sizi əmin edirəm, zəfərimiz haqqında çap edilən əsərlərdən çox, nəşrini gözləyən bədii nümunələr var. Məgər mətbuatımız yazılan bədii əsərləri çoxmu yaxşı işıqlandırır ki, oxucular da meydandakı əsərləri qədərincə tanısın?
Son iki-üç ildir Azərbaycanda bədii kitabların tirajı 200-250-ni keçmir. Bu reallıqda hansı kütləvi ədəbi təsirdən söhbət gedə bilər? Dünya təcrübəsinə bələdəm, amma inanın, bizim nəşriyyat sahəsində dirəndiyimiz dalanın analogiyası dünyada yoxdur ki, barı həmdərdimizə baxıb toxdayaq. Siz jurnalistika ilə ədəbiyyatı müqayisə edərək öz sənətinizi daha üstün tutursunuz. Kiçik bir saytın belə Azərbaycanda sosial şəbəkə menecerləri var, gecə-gündüz yazılar reklam olunur, onlara nə qədər maliyyə ayrılır. “Facebook”da pullu reklam səhifələrinə qoyulmayan verilişlər ölü doğulmuş uşağı xatırladır. Amma yazarlar bu imkanlardan məhrumdurlar, əksəriyyət öz profilinin hücrəsində abrına qısılıb işini görür.

Haşiyə:

2009-cu ildə akademik Ramiz Mehdiyev də ədəbiyyatı haqsız yerə sorğulayan məqalə yazmışdı. Həmin məqalədə akademik hesab sorurdu: “İndiki ədəbi mühit XXI əsrin çağırışlarına cavab verməyə hazırdırmı? O, Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin mənəvi ehtiyacını təmin etmək iqtidarındadırmı?”. O məşum sualın verilməsinin üstündən 12 il keçdi, R.Mehdiyevin ədəbiyyata verdiyi sualı dolayısı ilə onun istefasını tələb edənlər bu və ya başqa formada özünə ünvanladılar: Soruşdular ki, “XXI əsrdə, yeniləşən Azərbaycanda siz bizə lazımsınızmı, gələcək nəsillərin mənəvi ehtiyacını ödəmək iqtidarıdasınızmı?”. Verilən sualın cavabını və nəticəsini isə siz də, mən də yaxşı bilirik. Ona görə ədəbiyyata sual verəndə: “Bəs hanı bizim “den pobeda”mız”?! Hanı operamız, nəğmələrimiz, hanı hekayələrimiz?!” deyə tələb edəndə sabahı da düşünməyə, elə bilirəm, qismən də olsa ehtiyac var. Çünki təmənnasız ruhların qələmə aldığı əsərlər gün gəlir ki, əyninə qiyam köynəyi geyinib onları gözardı edənlərin yaxasını buraxmır. Sizdən min ağac uzaq olsun…

Görün, yazarlarımız müharibə sovuşandan sonra, qısa bir zamanda nə qədər əsərlər meydana çıxarıblar. Yekə ağızdan tüpürməyə öyrəşənlər deyirdilər ki, Xocalı barədə yaxşı əsərlər yoxdur. Məlum faciəmiz barədə 33 poema yazılıb, 800 səhifəlik kitabdır, min bir zülmlə toplamışam, kim çap edəcək o həcmdə kitabı? Heç kim. Özü də bu il Xocalı dərdimizin 30 yaşı tamam oldu. Migel de Umamuno hər kitabının girişinə yazırdı: “Mən növbəti əsərimi insan biganəliyinin ixtiyarına buraxıram”. Bizdə də oxşar vəziyyət deyilmi?

Aşağıdakı siyahıya görə əsərlərinin adını çəkməyi unutduğum qələm əhlindən bəri başdan üzr istəyirəm, dəyərli zəhmətlərini bilmədən gözardı etmişəmsə, kiminsə əsərinin adını siyahıya əlavə etməmişəmsə, əfv etsinlər və bilsinlər ki, bu, mənim qəlbimi çox incidir. Məni cavanlığıma və bilgimin azlığına bağışlasınlar.

Hörmətli Mir Şahin müəllim!

Sizin örnək göstərdiyiniz sovet dövründə müharibə barədə yazılanlar çox zaman təşkil olunurdu. Amma bu gün təşkilatçı, Azərbaycan yazıçısının Vətənə bağlı qəlbidir. Zəfərimiz xüsusunda yazılan əsərlərin, çap olunan kitabların, ədəbi mətbuat orqanlarının sadəcə bir qismini dərin ehtiramla diqqətinizə çatdırıram, toplularda, antologiyalarda və “Xüsusi buraxılış”lardakı əsərləri ayrıca qeyd etmirəm. Çünki bunu etmək üçün “dəryalar mürəkkəb, ağaclar qələm olsa” çatmaz.

1. Azərbaycan Yazıçılar Birliyi “Qarabağ dastanı” (Otuz ilin həsrəti – 44 günün zəfəri) adlı gözəl bir kitab nəşr etdirib.
2. Mədəniyyət Nazirliyinin 2022-ci il üçün təsdiq olunmuş nəşr planına Zəfərimiz barədə bir neçə əsərin adı daxil edilib.
3. Xalq şairi Sabir Rüstəmxanlı “Qarabağa dönüş” adlı poema yazıb, əsərin həcmi böyükdür və ayrıca kitab şəklində çap olunub.
4. Xalq şairi Vahid Əziz Qarabağa həsr edilən ayrıca şeir kitabı – “Param-parça illər”i ortaya qoyub.
5. Xalq şairi Nəriman Həsənzadənin “Zəfər yolu” poeması dərc edilib.
6. Faiq Şücəddinovun bəstələdiyi “Zəfər simfonik poeması”nın sözlərini Səlim Babullaoğlu yazıb.
7. Qulu Ağsəsin bir ildən çoxdur mətbuatda Qarabağ, Zəfər mövzulu şeirləri ardıcıl dərc olunur.
8. TEAS Press nəşriyyatı 44 günlük müharibəyə dair kitab nəşr edib. “44 fəsil” adlanan kitabda 44 yerli müəllifin müharibəyə, müqəddəs şəhidlərimizə ithaf olunmuş 44 hekayəsi toplanıb.
9. Akademik Rafael Hüseynov 44 günlük Vətən müharibəsi boyunca, az qala hər gün bədii-publisistik esselər qələmə alıb.
10. Ustad şair Ramiz Rövşənin şeirləri youtube-də kifayət qədər maraq yaradıb.
11. Baba Vəziroğlu millətimizə bir neçə zəfər marşı bağışlayıb.
12. Zəfərimizdən sonra S.Babullaoğlunu rəhbərliyi ilə Monteneqroda “Qarabağ hekayələri”, Ukraynada müharibə və zəfər haqqında Azərbaycanlı müəlliflərin qələmə aldığı “Bayraqdar” adlı nəsr əsərlərinin cəm olduğu kitablar tərcümə edilərək nəşr olunub.
13. İlqar Fəhmi zəfərimizə aid pyes qələmə alıb. Pyes “Azərbaycan” jurnalının builki II sayında yer alıb.
14. Zahid Xəlilin “Dəmir yumruq dastanı” adlı kitabı oxucuların ixtiyarına verilib.
15. AYB-nin nəşrə hazırladığı “Bütün yollar Şuşaya aparır” adlı kitabı Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə yayımlanıb.
16. Ramiz Qusarçaylının “Vətən” adlı həcmli poeması yaxın günlərdə kitab şəklində işıq üzü görüb.
17. Cənab Ali Baş Komandan İlham Əliyevə və Türkiyə Prezidenti R.T.Ərdoğana onlarla şeir və poemalar həsr edilib.
18. Üç qazi-şairimiz Həsən Kür, Elvin İntiqamoğlu və Emin Piri iştirakçısı olduqları müharibə barədə şahid nəzərləri ilə qələmə alınan çoxsaylı şeirlər yazıblar.
19. Emin Pirinin olduqca təsirli “Müharibə gündəliyi” adlı memuarları işıq üzü görüb.
20. Azərbaycan Milli Kitabxanasının nəşri olan “Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” adlı biblioqrafik kitabda 2020-2021-ci illərdə Şuşa qələbəsinə yazılan şeir, hekayə və nağılların çap olunduğu mətbu orqanların göstəricilərində onlarla yeni əsərin adı və çap olunduğu mətbu orqan var.
21. Bu il Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvlərinin qələbəmizə həsr olunan bədii əsərlərindən ibarət “Sən azadsan” adlı kitab yayımlanıb.
22. İlqar Kamilin general Polad Həşimov barədə “Polad necə bərkidi” adlı gözəl bir esselər kitabını “Parlaq imzalar” nəşriyyatı oxuculara qovuşdurub.
23. Mirmehdi Ağaoğlu “Zəfərin izi ilə” adlı bədii reportajlar kitabı yaradıb. Hər reportajların hər biri bir ağrılı səyahət hekayəsi siqlətindədir.
24. Elşad Barat şəhidlərə həsr etdiyi şeirlərdən ibarət “Ölümsüzlər” kitabını ərsəyə gətirib. Bir neçə cilddən ibarət bu kitabın hələlik bir cildi çap olunub.
25. Elxan Zal Qaraxanlının qələmə aldığı “Ordu günü” adlı kitabı çap olunub.
26. Seyfəddin Hüseynli müharibə haqqında dünya ədəbiyyatının onlarla şah əsərini dilimizə çevirib yayımlayıb. Məqsəd də odur ki, bəşəri reallıqlar oxucularda müqayisəli təəssürat oyatsın.
27. Kənan Hacı şəhid Sənan Axundov haqqında “Lalə rəngli çobanyastığı” adlı roman yazıb.
28. İlqar Fəhmi ilə Səlim Babullaoğlu yeni hərbi marş yazıblar.
29. Akademik Milli Dram Teatrında “Zəfər yolu” adlı tamaşa hazırlanır.
30. Ötən ilin noyabrında “Qalib olan Azərbaycan” adlı tamaşalar festivalı olub. Zəfər gününə həsr olunan neçə-neçə tamaşalar o festivalda bir-birinə rəqib olublar.
31. Elçin Hüseynbəyli bir-birindən dəyərli Qarabağ hekayələri qələmə alıb.
32. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin ədəbi orqanı olan “Dünya ədəbiyyatı” jurnalının, “Türkiyə” “Pakistana”, “İsrail” adlı xüsusi ədəbi sayları da haqq savaşımızla bağlı çox ciddi ədəbi jestdir/
33. Azad Qaradərəli Cəbrayıl Dövlətzadəyə həsr olunan “Cəbrayıl əfsanəsi” adlı roman yazıb.
34. Nigar Həsənzadənin rəhbəri olduğu Söz ədəbi layihəsi əsasında “İgidlərin sözü” adlı tədbir keçirildi. Həmin tədbirdə qazı-şairlərin yazdığı onlarla şeir oxundu. Qazi-şairlərin zəfərimiz haqqında yazdıqları ayrıca bir kitab şəklində nəşr etdiriləcək.
35. Mehriban Sultanın “Zəfər görüşü” adlı birpərdəli pyesi yayımlanıb.
36. “Ədəbiyyat qəzeti”nin bir neçə sayı bütövlükdə qələbəyə aid yazılara həsr olunub.
37. “Azərbaycan” jurnalının “Şuşa” adlı xüsusi sayı yayımlanıb.
38. “Ulduz” jurnallarının “Qarabağ” adlı xüsusi sayı dərc edilib.
39. “525-ci” qəzetdə müharibə soraqlı yazıları, Zəfərimizlə əlaqədar mətnləri bir yerə cəmləsələr böyük bir kitab alınar
40. Professor Səlahəddin Xəlilovun “Zəfər yolunun hikmət xronikası və ya 44 gün– 44 aforizm” adlı ədəbi-fəlsəfi fikirləri dərc edilib.
41. Şərif Ağayarın “Komandir” romanı.
42. Özbək şairəsi Xasiyyət Rüstəmin “44 gün” adlı kitabı dilimizə çevrilib yayımlanıb.
43. Gülxani Pənah 700 səhifəlik “Vətən bağı al-əlvandır” adlı II Qarabağ Müharibəsinə həsr edilən əsərlər toplusunu nəşr etdirib.
44. “Mücrü” nəşriyyatı ötən il “Qarabağ Azərbaycandır” adlı kiçik hekayə müsabiqəsi keçirib. Müsabiqəyə onlarla yazarlar yeni əsərlə müraciət edib.
45. “Mücrü” nəşriyyatı bədii yazılardan ibarət “44 gün” adlı kitab nəşr edib.
46. Abuzər Turanın “Zəfər çələngi” poeması hissə-hissə “Ədəbiyyat qəzeti”ndə yayımlanıb.
47. Rafiq Yusifoğlunun “Zəfər dastanı” kitabı oxuculara təqdim olunub.
48. Orta məktəb dərsliklərində qələbəyə aid çoxlu sayda yeni şeirlər yer alıb.
49. Bir ildən artıq müddətdə II Qarabağ Savaşına aid 30-a qədər hekayə dövri mətbuatda qələmə alınıb.
50. İlhamə Dağlının “Bayrağı öpən ruhlar” povesti işıq üzü görüb.
51. Ramiz Duyğunun “Qalibiyyət dastanı” adlı poetik əsəri yayımlanıb.
52. Gənc yazar Tural Cəfərli “44 gün – Zəfərə doğru” adlı bədii kitab yazıb.
53. Zemfira Məhərrəmli “Qarabağ bədii ədəbiyyatda” adlı kitabını oxuculara təqdim edib.
54. Vaqif İsaqoğlunun “Bizim general” poeması P.Həşimova həsr edilib.
55. Gənc şair Tural Turan “Zəfər notları” adlı poetik silsilə qələmə alıb.
56. Asim Yadigarın “Zəfər yolu” əsəri nəşr olunub.
57. “Ustad” bədii jurnalının ayrıca “Zəfər” sayı yayımlanıb.
58. “Şuşa” ilinə görə pyes müsabiqəsi elan olub. O söz yarışında da yaxşı əsərlərin meydana çıxacağına ümid edirəm
59. Yazıçı Güllü Məmmədovanın “Fatehlərin zəfəri” sənədli-romanı yayımlanıb.
60. Amid Səlimoğlunun “44 gün” romanı işıq üzü görüb.
61. Kulis.az saytının keçirdiyi hekayə müsabiqəsində II Qarabağ Savaşına aid onlarla yeni hekayə üzə çıxdı.
62. Təvazökarlıq duyğusundan uzaq olsa da deyim, mən müharibənin ilk günlərində “Yumruq günü” adlı poema yazmışam. Sonradan bildim ki, hərbi əməliyyatımızın adı “Dəmir Yumruq” imiş.
63. Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş “Cığır” tarixi romanı tamamlanıb.
64. Səyyad Aranın “İrəvana gedən yollar” adlı romanı nəşr edilib
65. F. Köçərli adına kitabxana “Ölümü fəth edənlər” adlı 25 uşağın hekayələrindən ibarət toplu çap edib. Zəfər tariximiz haqqında uşaqların bədii düşüncəsini bu nəşrdə aydın görmək olur.
66. Zahid Sarıtorpağın “Qiyamət qaziləri” roman-pritçası “Azərbaycan” jurnalının ötənilki 11-ci sayında dərc edilib.
67. Solmaz Amanovanın “Şuşanın sehrli açarları” adlı uşaq ədəbiyyatı nümunələrdən ibarət kitabı nəşr olunub.
68. Məhəbbət Əsədovanın “Bayraktar” adlı uşaq ədəbiyyatı nümunələri cəm olunan kitabı işıq üzü görüb.
69. Yusif Məmmədoğlunun “Qələbə şəhidləri” kitabı çap olunub
70. Qəbələdə, Mədəniyyət Mərkəzinin Xalq Teatrının hazırladığı “Qələbə” adlı tamaşa hazırlayıb.
71. Gənc şair Ulucay Akifin “Xarıbülbül” şeirinə Murad Zeynal musiqi bəstələyib və mahnını Elvin Mirzəzadə səsləndirib.
72. Vüqar Əhməd “Şuşanın dağları baş dumanlı” adlı şeirlər kitabı çap olunub.
73. Aybəniz Əlyarın “Xarıbülbül” pyesi Şabran Xalq Teatrı tərəfindən səhnələşdirildi, üstəgəl, Xaçmaz Mədəniyyət Regionalın “Zəfər yazanlar” müsabiqəsində l yeri qazanıb.

 

DAHA ÇOX OXU

export

Azərbaycanda dollar qıtlığı yarana bilərmi? – VİDEO

30/03/2023 15:09
export

Azərbaycanlı müğənninin qayınanası efirə ZƏNG ETDİ: “Ona deməmişəm ki…” – VİDEO

30/03/2023 15:07
1-MANŞET

İcra hakimiyyətləri ləğv olunacaq – Deputat AÇIQLADI

30/03/2023 15:06
export

“Mənim üçün “boşanmaq” çox pis sözdür”

30/03/2023 15:04
Mədəniyyət

Nicat Kazımovun “Yaşanan yarım əsr” adlı sənədli filmin təqdimatı keçirilib

30/03/2023 14:58
export

Rusiyada azərbaycanlılara gəlin satan qadın saxlanıldı

30/03/2023 14:53
SON XƏBƏR

Qurbağa ilə eksperiment aparan direktor: “Mən üzr istəyəcək heç nə etməmişəm”

Telefonunuza belə mesajlar gəlsə, ALDANMAYIN! - FOTO

Ukraynada 20 jurnalist öldürülüb - SİYAHI

Xəbər lenti

Azərbaycanda dollar qıtlığı yarana bilərmi? – VİDEO

30/03/2023 15:09

Azərbaycanlı müğənninin qayınanası efirə ZƏNG ETDİ: “Ona deməmişəm ki…” – VİDEO

30/03/2023 15:07

İcra hakimiyyətləri ləğv olunacaq – Deputat AÇIQLADI

30/03/2023 15:06

“Mənim üçün “boşanmaq” çox pis sözdür”

30/03/2023 15:04

Nicat Kazımovun “Yaşanan yarım əsr” adlı sənədli filmin təqdimatı keçirilib

30/03/2023 14:58

Rusiyada azərbaycanlılara gəlin satan qadın saxlanıldı

30/03/2023 14:53

Bakıda fəaliyyət göstərən Gürcüstan nömrəli avtobuslar kimindir? – Hər gün bu saatlarda … (VİDEO)

30/03/2023 14:50

Casusluqda ittiham olunan jurnalist həbs edildi

30/03/2023 14:45

Ekspertin ifadəsində ziddiyyətli hallar ortaya çıxdı – “Nərmin işi”

30/03/2023 14:32

BDU-da işləmək istəyənlərin nəzərinə!

30/03/2023 14:26

Keçmiş nazir müavininə yeni vəzifə verildi

30/03/2023 14:20

Amerika:”Rusiya və Çinlə eyni vaxtda müharibə aparmaq çox çətin olacaq”

30/03/2023 14:12

Bill Gates:”Özü idarə olunan avtomobillər, kompüterlər kimi həyatımızı dəyişəcək”

30/03/2023 13:35

İşsizlikdən şikayətlənən “Moşu”ya VƏZİFƏ VERİLDİ

30/03/2023 13:18

Avtomobillər bir gündə kəskin BAHALAŞDI – YENİ QİYMƏTLƏR

30/03/2023 13:11

Tanınmış jurnalist mətbuat katibi təyin olundu

30/03/2023 12:59

Təyyarədə narkotiki mədəsində gətirən qadın…

30/03/2023 12:46

Marketlərdə satılan kolbasalar ətdən deyil, otdan hazırlanır

30/03/2023 12:34

Silahlı hücum : YARALILAR VAR

30/03/2023 12:23

Terror aktı nəticəsində 4 polis həlak oldu

30/03/2023 12:09

Apreldə neçə gün iş olmayacaq?

30/03/2023 11:48

Uşaqlar arasına kütləvi zəhərlənmə

30/03/2023 11:33

Milli parkda baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

30/03/2023 11:28

Yüzlərlə alim imza toplayır: Süni intellekti dayandırın

30/03/2023 11:25

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.