Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya ordusu müharibədə qalib gələ bilməyib və geridə qalan 46 gün ərzində ağır itkilər verib. Dünya mətbuatı Ukraynada ağır itkilərə məruz qalan Rusiya ordusunun müharibədə uğursuzluğunun səbəblərini araşdırıb.
ABŞ-ın məşhur “Vaşinqton Post” qəzeti Rusiya ordusunun müharibədə uğursuzluğa düçar olmasının 9 səbəbini oxucularına çatdıraraq regiondakı vəziyyəti ümumiləşdirib.
Medianews.az “Vaşinqton Post” qəzetinin Rusiya ordusu ilə bağlı sadaladığı 9 maddəni təqdim edirik:
1. UKRAYNALILARIN BU QƏDƏR DİRƏNƏ BİLƏCƏKLƏRİNİ NƏZƏRƏ ALMADILAR
Qəzetin fikrincə, ən böyük səhv ukraynalıların müqavimət göstərmək qabiliyyətini lazımınca qiymətləndirməmək olub. Rusiya tez və asan qələbə qazanmağı planlaşdırırdı, lakin Ukrayna buna Qərbin silahları ilə cavab verdi. Döyüşən təkcə ordu deyildi. Mülki şəxslər də Rusiyanın irəliləyişinə mane olmağa cəhd ediblər.
2. RUS ƏSGƏRLƏRİ HAZIR DEYİLDİ
Əsir düşən rus əsgərlərinin ifadələrinə görə, bir çox qoşun Ukraynaya soxulacaqlarından xəbərsiz idi. Bəziləri dedilər ki, onlara hərbi təlimdə iştirak etdiklərini deyiblər. Digərləri isə onların yalnız Donbas bölgəsinə göndərildiyini bilirdilər. Rus əsgərləri psixoloji cəhətdən hazır deyildilər.
3. ƏRZAQ TƏMİNATI YETƏRLİ OLMADI
Rus qoşunları da qarşılaşdıqları şəraitə hazır deyildilər. Özləri ilə götürdükləri iki həftəlik ehtiyat tez tükəndi. Rus əsgərlərinin yanacaqsız yol kənarında qaldığını və ac əsgərlərin dükanları qarət etdiyini əks etdirən videolar da bunun isbatıdır.
4.TƏCHİZAT ƏKSİKLİYİNİN FƏRQİNƏ VARMADILAR
Qoşunların ərzaq və digər təchizatları tükəndikdə, rəhbərlərin B planı yox idi. Ona görə də tanklar yanacağı bitdiyi yerdə qalırdı.
5. UKRAYNANIN HAVA HÜCÜ MÜDAFİƏ SİSTEMİNİ YARARSIZ HALA SALA BİLMƏDİLƏR
Hərbi ekspertlərin fikrincə, qoşunlar sərhədi keçməzdən əvvəl Ukraynanın hava hücumundan müdafiə sistemlərinin məhv ediləcəyini gözlənilirdi. Hava dəstəyi olmadan içəri girdilər. Washington Post; bunu komandirlərin az müqavimətlə qarşılaşacaqlarını səhv hesablamaları ilə izah edir. Qeyd olunur ki, Ukrayna hərbi təyyarələri işğaldan 7 həftə sonra hələ də havadadır.
6. MÜHARİBƏDƏ ÇOX CƏBHƏ AÇILMALIDIR
İşğal dörd cəbhədə, şimalda Kiyevə və şimal-şərqdə Xarkova doğru başladı. Şərqdə və cənubda isə Krımdan hücuma keçiblər. İlk müqavimət başlayanda qoşunlar ölkə sərhədləri boyunca düzülmüşdü. Bu, onsuz da qeyri-kafi təchizat xətlərini genişləndirdi.
7. RABİTƏ TƏHLÜKƏSİZLİYİ TƏMİN OLUNMAYIB
Ruslar böyük bir müharibəyə girdilər, ünsiyyət üçün mobil telefonlar və köhnə radiolardan istifadə etdilər. Bunun sayəsində ukraynalılar rusların cəbhədəki hərəkatları ilə bağlı mesajları blokladılar. Qəzetin yazdığına görə, 7 rus generalından bəziləri ukraynalıların mövqeləri ilə bağlı mesajları dinlədiyi üçün həlak olub.
8. ORDUDA ƏMR VERMƏ PROBLEMİ
Ekspertlər qeyd edirlər ki, Rusiyanın mərkəzləşdirilmiş ordusu yerdəki əsgərlərə qərar qəbul etmək və ya əmr vermək səlahiyyəti vermir. Cəbhədə çətinliklərlə üzləşən qoşunlar Moskvadan gələcək əmri gözləməyə məcbur olurlar.