Türkiyənin tanınmış mistizm sənətçisi Seyfullah Çakmak Azərbaycanla bağlı arzusunu dilə gətirib.
Sənətçi Bakıda konsert proqramı ilə çıxış etmək istədiyini dilə gətirib.
Çakmak səsləndirdiyi ‘Bismillah Sevgili (s.a.s)’ kimi işlərlə musiqi sevərlərin bəyənisini toplayıb. Yeni layihələrindən danışan müğənni dünyaya səs salmaq istəyindən bəhs edib. O, ilk konsertini Azərbaycanda vermək istədiyini bildirib.