“Bu tip şokoladlar ən çox qida zəhərlənməsinə səbəb olan, allergik reaksiyalarla nəticələnən şokoladlardır”.
Medianews.az saytı xəbər verir ki, bu sözləri pediatr Günay Resulova bildirib. Onun sözlərinə görə, “çox sevdiyindən”, “ürəyi dözməyib” əlinə nə keçdi uşağa alan valideynlər düşünməlidirlər ki, onlar öz əlləri ilə övladlarını işə salırlar.
“Övladlarını sevən insanlar ilk növbədə onların sağlamlığını düşünməlidir. Sorğusuz-sualsız peyvəndlərini vurdurmalı, sağlam qidalandırmalı, təhlükəli həyat tərzi, qeyri-düzgün yuxu rejimi, enerjili, toksik qidalardan övladlarını uzaq tutmalıdır.
Bu qidalar nəinki zəhərlənmə, allergiya verə bilər, əlavə olaraq, diabetdə yarada bilər”.
Pediatrın sözlərinə görə, övladlarımız günümüzün potensial təhlükələrindən ciddi qorunmalıdır.
Ekran (Telefon, planset ,TV), zəhərli qidalanma (abur-cuburlar, şəkərli, nitritli (kolbasa,sosiska) qidalar, fast-foodlar, süni şirələr və s. mövzularda qaydalar sərt və qətiyyətli olmalıdır.
Övladınız bu qətiyyətinizi hiss etdikdə bu təhlükələrdən vaz keçə bilər. Qadağa qoyduğunuz şeylər evdə stolunuzun üstündədirsə, danışmağın mənası yoxdur”.
Qeyd edək ki, İngiltərədə 63 nəfər “Kinder”dən zəhərlənib. İstehsalçı Ferrero şirkəti isə “Kinder” məhsullarını geri çağırır.
İngiltərənin Qida Standartları və İrlandiyanın Qida Təhlükəsizliyi agentliklərinin yaydıqları rəsmi məlumatlara əsasən, İtaliyanın “Ferrero” şirkəti Belçikada yerləşən müəssisəsində istehsal olunan, son istifadə müddəti məhsulun çeşidinə uyğun olaraq 20 aprel-21 avqust, habelə 11 iyul-7 oktyabr 2022-ci il tarixləri olan aşağıdakı cədvəldə qeyd edilən məhsullarında salmonella olması ehtimalını nəzərə alaraq, həmin məhsul partiyalarının əsas satış ölkələri olan İngiltərə, İrlandiya, Almaniya, İsveç, Fransadan geri çağırılmasına dair qərar qəbul edib.
Şirkətin rəsmi açıqlamasında sınaq yoxlamaları zamanı həmin məhsullarda salmonella aşkarlanmadığı bildirilsə də, ehtiyat tədbiri olaraq araşdırmalar bitənədək bu qənaətə gəlindiyi vurğulanır. Eyni zamanda İngiltərə və İrlandiyada uşaqlar arasında salmonella mənşəli zəhərlənmələrə rast gəlindiyi əsas götürülərək, qeyd edilən məhsul partiyalarında salmonella ilə bağlı xüsusi araşdırmalara başlanılıb.
Leyla
Medianews.az