Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri koronavirus infeksiyasının kəskin yoluxucu XE ştamının yayılması barədə xəbərdarlıq edib. İlkin tədqiqatların nəticələrinə görə, bunun yoluxuculuğu BA.2 ilə müqayisədə 10 faiz yüksəkdir. Lakin alimlər bu iddianın əlavə təsdiqə ehtiyacı olduğunu bildiriblər.
XE ştamınnın yaxın zamanlarda Azərbaycana gəlmə ehtimalı varmı? Azərbaycanda uşaqlar arasında yayılan xəstəlik nədir?
İnfeksionist-hepatoloq Mərdan Əliyev Medianews.az saytının suallarını cavablandıran zaman bildirib ki, uşaqlar arasında yayılan virus daha çox qrip əlamətləri və ürək bulanma ilə gedir.
Onun sözlərinə görə, bu daha çox rota virusa oxşayır:
“Rota virusda həm qrip, həm də bədə-mağırsaq əlamətləri olur. Koronavirusda isə bu cür əlamətlərin bir çoxu olmur.
Hindistanda yayılan virusla bağlı onu deyə bilərəm ki, həmin ölkə üçün bu cür virusların yayılması normaldır. Bu onların həyat tərzindən asılı olaraq ortaya çıxır.
Düşünmürəm ki, həmin virus sürətlə yayılsın. Əgər, Omicronun bir variantı olarsa, bizə də gəlib çata bilər. Amma bizdə kollektiv immunitet formalaşdığı üçün bu, bizim üçün təhlükə hesab edilmir”.
Leyla
Medianews.az