“İftar süfrələrində “bu gün mən səni, sabah da sən məni dəvət et” kimi proses davam etməməlidir”.
Bu sözləri ilahiyyatçı Elşad Miri Medianews.az saytına açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, belə olan zaman Ramazan ayını sırf yeyib-içməyə həsr etmək olur:
“Halbuki Ramazan Quran ayıdır. Həmin iftar süfrələrində qurandan danışılmırsa, müzakirə edilmirsə, onun nə faydası?
Digər tərəfdən isə iftar süfrəsini “ifrat süfrəsi”nə çevirməməliyik. Amma oruc tutmayanları, hətta müsəlman olmayanları da iftara dəvət edə bilərik. Çünki orada edilən müzakirələr, məsəllər düzgün şəkildə yerinə yetirilərsə, həmin insanlar da burada öz suallarına cavab tapmış olarlar”.
İlahiyyatçı bildirir ki, çalışmaq lazımdır ki, süfrələrimizdə sadəcə olaraq imkanlı şəxslər deyil, imkansızlar da olsun: “İmkanlılarla, imkansızların qaynayıb qarışdığı bir ay olduğunu, hər kəsin bərabər olduğnu göstərmək baxımından belə daha yaxşıdır”.
Leyla
Medianews.az