Xalq artisti Arif Babayevin səhhətində problem yaranıb.
Muğam ifaçısı bildirib ki, ev şəraitində müalicə olunur: “Həkimlər evə gəlir, müayinə edib gedirlər. İnşallah, yaxşı olar. Doğmalarıma görə hələ bir az yaşamaq istəyirəm. Allah bütün xəstələrə şəfa versin”.
Qeyd edək ki, A.Babayev ötən il insult keçirib. O, bir müddət öncə Türkiyədə müalicə olunurdu.